Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ən vacib xallardan birini qazandıq - Qurbanov
Tarix: 06-11-2016 | Saat: 20:42
Bölmə:Karusel / İdman / Müsahibə | çapa göndər

Ən vacib xallardan birini qazandıq - Qurbanov


"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunda "Zirə" ilə səfər oyunundan sonra mətbuat konfransı keçirib.

"Xəbəraz.az "-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə matçı dəyərləndirib:

- Futbolçularımı təbrik edirəm. Xarakter nümayiş etdirdilər. PAOK-la oyundan sonra köklənmək çətin idi. Futbolçular çox əziyyət çəkdilər. Hər birinə təşəkkür edirəm. "Zirə” komandası bəlkə də məğlubiyyətə layiq deyildi. Bizim üçün isə bu, vacib qələbə oldu. Düşünürəm ki, çempionatın ən vacib xallarından birini qazandıq.

- Bu gün süni örtükdə oynadınız. Bu, zədə ehtimalını artırırdı. PAOK-la oyundakı kimi bu matçda da əvəzetmə qarşılaşmanın taleyini həll etdi…

- Meydança süni örtük olsa da, vəziyyəti elə də pis deyil. Bu cür oyunlarda stress həddən artıq çox olur. Təbii ot örtüyü olsaydı, daha yaxşı oyun göstərərdik. O ki qaldı dəyişikliklərə, иг, bəzən özünü doğruldur, bəzən doğrultmur. Əvəzetmənin nə qədər uğurlu olması meydana çıxan futbolçunun məsuliyyətini göstərir. İlk hissədə top saxlamada problem var idi. Ancaq ikinci hissədə əvəzetmələrdən sonra bu problem aradan qalxdı.

- Rəşad Sadıqovu bu gün "18-liy"ə daxil etməməyiniz zədə, yoxsa yorğunluqla bağlı idi?

- Rəşad zədədən yeni qayıdıb. Bu gün süni örtükdə oynadığımızdan, onu meydana buraxaraq, riskə getmək istəmədim.

- Bu gün lider "Qəbələ” xal itirdi. Bunun komandanın motivasiyasına nə dərəcədə təsir etdi?

- Biz oyun günü digər qarşılaşmalardan xəbərdar olmuruq. Rəqibin nəticəsini düşünsək, öz oyunumuzdan uzaqlaşmış olarıq. Buna görə də yalnız öz oyunumuza köklənirik.

- Artıq "Zirə”ni 6-cı dəfə üstələdiniz. Demək olarmı ki, bu komanda sizin üçün ən asan rəqibdir?

- Asan rəqib demək olmaz. Bu komandaya cəmi 2 oyunda asan qalib gəlmişik. Sadəcə, biz yuxarı yerlər uğrunda mübarizə aparmaq istəyiriksə, bu cür oyunlarda maksimum xal qazanmalıyıq. Ancaq bu gün "Zirə” yaxşı təsir bağışladı. Bu cür davam etsələr, daha yaxşı nəticələr əldə edə bilərlər.

- Düşünmürsünüzmü ki, bundan sonra əsas mübarizə "Qəbələ” və "Qarabağ” arasında gedəcək?

- Məncə, bu barədə düşünmək hələ tezdir. Bir də deyirəm, biz heç bir komandanın xalını saymamalıyıq. Əsas öz oyunumuza köklənməliyik.

- "Qəbələ” Avroliqada ardıcıl məğlubiyyətlər aldı. Bu komandaya Avropada uğurlu çıxış etmək üçün nə isə məsləhətiniz var?

- Xeyr, yoxdur. Roman Qriqorçuk məndən təcrübəli məşqçidir. Yeri gəlsə, mən özüm ondan məsləhət ala bilərəm. Məncə, bu cür suallar olmasa, yaxşıdır.


Xəbəri paylaş

8828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___