Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxs saxlanıldı - VİDEO
Tarix: 18-02-2023 | Saat: 13:15
Bölmə:Karusel / Hadisə / Gündəm / Xəbəraz TV | çapa göndər



Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan paytaxt sakini Kamran Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən  verilən məlumata görə, onun üzərinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Araşdırmalar zamanı Kamran Quliyevin sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan həmin ölkənin vətəndaşı ilə əlbir olduğu və onun pul müqabilində narkokuryerlik təklifi ilə razılaşdığı müəyyən edilib. Kamran Quliyevin həmçinin sosial şəbəkələrdə gənclər arasında narkotik vasitələrin təbliği ilə məşğul olduğu da müəyyən edilib.

Faktla bağlı Kamran Quliyevin barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.







Xəbəri paylaş

1428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___