Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Adam yeməyə yox, evində internetin olmamasına görə əsəbləşir
Tarix: 18-01-2017 | Saat: 14:56
Bölmə:Karusel / Hadisə / M2 / Araşdırma | çapa göndər

Adam yeməyə yox, evində internetin olmamasına görə əsəbləşir


Son günlər Azərbaycanda intihar hallarının sayı kəskin artıb. Qeyr-rəsmi məlumatlara görə, 2017-ci ilin 18 günü ərzində 30-dan çox insan intihar edib. Onlardan bir neçəsinin həyatını xilas etmək mümkün olub. İntiharların artması günün aktual mövzusuna çevrilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələyə münasibət bildirib. Komitənin İnformasiya və Analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova azvision.az-a deyib ki, bu gün intihar dünyanın ən aktual problemlərindən biridir.

Komitə rəsmisi diqqətə çatdırıb ki, Ümumdünya Səhiyyə Təşkilatının ölkələr üzrə apardığı araşdırmalara görə, intiharın 800-dən çox səbəbi var: "İnsanın sağlamlıq vəziyyəti, ailədaxili münasibətlər, yaş dövrü, fiziki xəstəliklər və s. müxtəlif səbəblərə görə insanlar intihara əl atırlar. İntihar edənlərin yaş və sosial təbəqələri də müxtəlifdir. Əsasən 14-16 yaşdan başlayaraq insanlar özünə qəsd edir".

Azərbaycanda intihar hallarının artdığını deyən A.Veysəlova qeyd edib ki, insanların özünü öldürməsi bir çox hallarda ailədaxili münasibətlərin düzgün tənzimləməməsi və ya yaş psixologiyasından irəli gələrək diqqəti özünə çəkmək, diqqət mərkəzində olmaq kimi məsələlərdən qaynaqlarınır. "Hətta hər hansı kitabı oxuyub, musiqini dinləyib, filmə baxıb təsir altına düşmək mümkündür. İntihar hallarının səbəbləri çoxdur. Bu baxımdan təqdim olunan filmlər, seriallar, musiqilərin insanların ruhunu oxşaması vacibdir, əksinə intihara zövq verməlidir. Valideynlər uşaqlarına ciddi nəzarət etməli, davamlı olaraq məktəb psixoloqları ilə uşaqlarının vəziyyətini müzakirə etməli, işə məsuliyyətlə yanaşmalıdırlar. Xüsusilə uşaqların yaş keçidlərində məsuliyyətli olmaq lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatının intihar hallarına görə ölkələrdə reytinq səviyyəsi 3 səviyyə üzrə müəyyən edilir. Birinci yüksək səviyyədir, əhalinin hər 100 min nəfərinə 20 və çox intihar halı düşür. İkinci intiharın orta səviyyəsi - əhalinin hər 100 min nəfərinə 10-20 intihar halıdır. Üçüncüsü isə özünəqəsdin aşağı səviyyəsi - əhalinin hər 100 min nəfərinə 10-a qədər düşən intihar halıdır. Azərbaycan bu sırada aşağı səviyyədədir".

Komitə rəsmisinin sözlərinə görə, Azərbaycanda dünyada olduğu kimi intihara ən çox kişilər əl atır: "İntihardan qaçmaq üçün insanlar sağlam həyat tərzi sürməyə meyilli olmalı, öz həssas və zəif tərəflərini bilməli və bununla mübarizə aparmağı bacarmalıdır".

Psixoloq Elnur Rüstəmov qeyd edib ki, intihar hallarının artması tək Azərbaycanla bağlı deyil, bu, dünyada baş verən proseslərlə əlaqədardır: "İntiharın kökündə duran əsas məqam ifrat informasiya ilə yüklənmək, qloballaşan dünyada yaşamağımızdır. Bu, insanlarda psixoloji gərginliklərə, problemlərin artmasına rəvac verir. Dünənə qədər uzun müddət xəstəlikdən əziyyət çəkən, zərərli vərdişlərdən asılı olan, tənha insanlar intihar edirdisə, bu gün onların arasında yeniyetmələr, gənclər, xəstəliyi olmayanlar da var. Özünəqapamma, depressiya, ailədaxili konflikt, sabahla bağlı müəyyən narahatçılığın olması, fərdin özünü tapması son məqamda sui-qəsdə gətirib çıxarır. Dünənə qədər fərd bir müəssisədə 20 il çalışırdısa, hazırda bir ildə 5 dəfə iş yeri dəyişir və yeni işə, insanlara adaptasiya prosesi və digər məqamlar insanın psixikasına təsir edir".

Psixoloqun sözlərinə görə, bu gün insanlar informasiyalarla ifrat yüklənir: "Orta statistik azərbaycanlının hər birində mobil telefon var və onlar internetə çıxış imkanlarına malikdirlər. Gənclər gecə yatanda və səhər oyananda birinci mobil telefona baxır və məlumat alırlar. Sual yaranır ki, o informasiyalar həqiqətən insana lazımdırmı? İnformasiya ailədaxili konfliktlərə yol açır və fərdlərin psixikasına mənfi təsir göstərir. Nəticədə bu, intihar kimi hallara gətirib çıxarır".

Psixoloq əlavə edib ki, intihar hallarının çoxalması informasiya əsrinin gətirdiyi problemdir: "İnsanın aldığı məvacib 250-300 manatdırsa, işlətdiyi telefon 1000 manatdır. Adam yeməyə yox, evində internetin olmamasına görə əsəbləşir. İnsan bacardıqca özünü ifrat informasiya ilə yükləməməlidir. Bu gün sanki yarışa çıxıblar. İstirahətə gedənlər dincəlmək əvəzinə şəkil çəkdirir. Nə qədər görüntü xatirinə yaşamaq olar? Bu, əlbəttə psixoloji gərginlik, narahatlıq yaradır. Yaxın, doğmalar arasında münasibətlərin pozulması, insanların yadlaşması, özgələşməsi də intihara gətirib çıxardır. İnsan həyatında məna görmür və intihar edir".

E.Rüstəmov qeyd edib ki, intiharı birmənalı olaraq sosial problemlərlə bağlamaq düzgün deyil. "Sosial problemlər intihar prosesində aparıcı rol oynamır. Bunun başqa örnəyi var. Sosial problemi az olan, iqtisadi problemləri demək ki olmayan Şimali Avropa ölkələri intihar hallarına görə birinci yerdədir. Bu gün dünyada intihar problemləri artıb, eyni zamanda psixoloji problemlər də çoxalıb".




5678 dəfə oxunub.

Digər xəbərlər
13-01-2018, 15:24 İntiharlar niyə artır?

bütün xəbərlər
____ Instagram ___