Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yeni il gecəsi insanların üzərinə "zırpaket" atanlar HƏBS EDİLDİ - VİDEO
Tarix: 05-01-2023 | Saat: 15:01
Bölmə:Karusel / Hadisə | çapa göndər

Yeni il gecəsi insanların üzərinə "zırpaket" atanlar HƏBS EDİLDİ - VİDEO


Dekabr ayının 31-də Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təşkil olunan tədbirdə qanunla satışı və istifadəsi qadağan olunan pirotexniki vasitələrdən istifadə edərək xuliqanlıq edən və vətəndaşların haqlı narazılığına səbəb olan şəxslər saxlanılıb.

Bununla bağlı  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. 

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri texniki-axtarış tədbirləri nəticəsində pirotexniki vasitələri kor-koranə şəkildə insanların üzərinə atan, şəhər sakinləri 1999-cu il təvəllüdlü Hüseyn Rəhimov və 2004-cü il təvəllüdlü Azər Abdıyev barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada 10 sutka müddətinə həbs olunublar.



Xəbəri paylaş

3928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___