Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"TikTok-dan evinə pul aparanların çörəyinə bais olmusan" - Pərvindən Azərə
Tarix: 24-12-2022 | Saat: 11:07
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər



Aktrisa Pərvin Abıyeva qalmaqal yaşadığı aparıcı Azər Zahidi tənqid edib.

Sənətçi bu barədə canlı yayımda danışaraq Azərin TikTok-da insanların çörəyinə bais olduğunu bildirib:

"Verilişin onundur, atılan jetonlar da ona qalmalıdır. Mən veriliş aparsam, efirdə apararam. Jeton qazanım deyə, TikTok-da veriliş aparmaram. Bu, istifadəçilikdir. 20 ilin aparıcısıdır, televiziya adamıdır, jeton yığacam deyə, TikTok-da veriliş açır. Ayıb deyil? Sən televiziya adamısan. Mən özümə sığışdırmaram. Düzdür, maraqlı edib, ancaq məqsəd bəllidir də nədir. Mən özümə yayımçı, tiktoker demirəm, özüm üçün burada vaxt keçirirəm. O bu dəqiqə bütün tiktokerlərin çörəyinə bais olur. Belə şeyi necə edəsən? TV adamıyam, gedim orada aparım da verilişimi. Təsəvvür edin ki, mən serial çəkirəm və onu ancaq TikTok-da yayımlayıram.

Görün necə gülünc çıxır. Dalaşdığı, tələ qurduğu insanlar ona jeton atanda tərifləyir. Təsəvvür edin mən də gedib jeton atsam, məni də tərifləyəcək. Bayaq baxdım, ətim töküldü. Jetona görə bəsdirin özünüzü bu günə qoydunuz. Yekə kişilərsiniz, bəsdirin! Pulu da düzgünlüklə qazanarlar, cığallıqla, onun-bunun haqqını yeməklə yox. Verilişi baxımlıdır, sadəcə düzgün eləmir. Onu TV-də açmalı idi. Bir ildir TikTok-a gəlmisən, bütün yayımçılar əlindən qan ağlayır. Gecə-gündüz jeton yığırsan, düşünmürsən ki, bu TikTok-dan nə qədər adam evinə çörək pulu aparır. Hamısının çörəyinə bais olmusan. Bütün dəstəkçilər hamısı onun yayımındadır.

Bəs bunları da fikirləş də. Əl boyda uşaqların da çörəyinə bais olursan. Azərbaycanın TikTok-u ona işləyir, o biri yayımçılar adam deyil? Onunla dalaşmasaydım da, yenə eyni sözləri ona deyəcəkdim. Çünki insanın haqqına girmək olmaz. Allah gözünü doydursun. Başqaları neyləsin?".


Qeyd edək ki, bir neçə dəfə qalmaqal yaşayan Azərlə Pərvin hazırda küsülüdürlər. Sonuncu dəfə Azər Pərvinin TikTok hesabını bağlatdırmışdı.






Xəbəri paylaş

2298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___