Naxçıvan-Məşhəd qatarının hərəkətə başlayacağı tarix açıqlandı
Tarix: 23-12-2016 | Saat: 20:44
Bölmə:Karusel / Gündəm / Bizim seçim | çapa göndər
Bu il dekabrın 29-dan Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı hərəkətə başlayacaq.
Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Report-a bildirilib ki, sürət qatarı həftədə iki dəfə (dördüncü və bazar günləri) hərəkətdə olacaq.
Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə müasir avadanlıqlar quraşdırılıb. Marşrut üzrə sərnişin biletlərini dekabrın 24-dən etibarən Naxçıvan və Culfa dəmir yolu stansiyalarında yerləşən kassalardan və geriyə əldə etmək olar. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edəcək.
Naxçıvandan Məşhədə qədər gediş haqqı 40 İsveçrə frankı təşkil edir. Gediş haqqı tarifinə yataq dəstindən istifadənin dəyəri və bütün yığımlar daxildir. Əks-istiqamət üzrə də tariflər eynidir. Tariflər satış tarixində İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən edilir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası ilə İran arasında beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanan Çərçivə Sazişində öz əksini tapıb.
Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olacaq.
Xəbəri paylaş
7348 dəfə oxunub.
Digər xəbərlər

21-06-2015, 00:14
Millət vəkili başı kəsilən uşaqlara görə şoka düşdü
16-10-2017, 13:52
"Vücudum sızıldayır, göynəyir" - Könül Xasıyeva ağladı
22-02-2017, 17:11
Ermənilər artilleriyadan atəş açdı: əsgərimiz şəhid oldu
10-06-2017, 11:17
BAKIDA İNANILMAZ HADİSƏ: Baba 4 yaşlı nəvəsinin ölümünə səbəb oldu
31-08-2015, 00:49
3 bankı qarət edən qadın qısa müddət sonra tutuldu
29-05-2016, 18:12
Ronaldo: "Yuxumda gördüm ki..."
19-09-2016, 14:30
Dərmanların qiyməti ilə bağlı nazirlikdən AÇIQLAMA
26-06-2015, 15:22
Art exhibition & Party
30-10-2023, 19:52
Berrak Su ilk müştəriləri üçün möhtəşəm endirim etdi
28-06-2018, 16:02
Məşhur marketdə mühafizəçini bıçaqlayana 3 İl 6 AY HƏBS