Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Rəşadı tanıyanlar deyir ki, o bu vaxta qədər toyuq başı da kəsməyib" - Xalq artisti
Tarix: 12-11-2022 | Saat: 12:00
Bölmə:Karusel / Gündəm / Şou-Biznes | çapa göndər



"Rəşad Dağlının həbs olunma xəbərini mən dünən Qazaxıstanda, Almaata şəhərində olanda saytlardan öyrəndim. Hələ də özümə gələ bilmirəm, mən Rəşadı çox istəyirəm. Çox pis olmuşam. Allah qapısını açsın. Efirlərə çıxan günündən mən bir tamaşaçı kimi onu izləmişəm. Günlərin bir günü gördüm ki, bir oğlan ədəb-ərkanla mənə gəlib salam verdi və soruşdu ki, sizə nə qulluğ edim? Nə lazımdır? Qan çəkdi, öz-özümə dedim ki, bu nə yaxşı uşaqdır. Getdi, soruşdum ki, bu kimdir? Dedilər ki, Rəşad Dağlı. O gələcəyin böyük şairidir, elə indi də yazır, yaradır. Meyxana deyənlərin çoxu şair deyil, amma o şairdir. Allah təala mərdi məzara lənət etsin. Rəşadı tanıyanlar deyir ki, o bu vaxta qədər heç bir qarışqanı da tapdalamayıb, toyuq başı da kəsməyib. Gör insanı hansı vəziyyətə gətirib çatdırırlar ki, bu işi tutur. Səbr yaxşı şeydir, Allahın adıdır. Allah səbr edən bəndəsini mükafatlandırır. Cavanlara məsləhətim odur ki, belə işlər tutmasınlar, bir-birinə can deyib, can eşitsinlər".

Bunu  xalq artisti, ustad tarzən Möhlət Müslümov deyib. O, daha sonra əlavə edib.

"Meyxana sənəti bizim ədəbiyyatımızın, folklorumuzun bir qoludur. O vaxt Əliağa Vahidin yubileyi keçiriləndə mən də orada iştirak edirdim. Bu qəzəliyyatdan da çox çətin bir janrdır. Keçmişdə də gözəl meyxana deyənlər olub. Onlar bir-birinə sataşmayıb, söz atmayıblar. O vaxtkı meyxanalardan insanlar maariflənib, bəhrələnib. Mənə elə gəlir ki, bu gün meyxana sənəti əndazəni aşıb. Meyxana sənətini hər zaman fövqəlada bir sənət hesab etmişəm, çox sevmişəm. İstəyim budur ki, onlar əsl meyxana desinlər. Elə meyxana desinlər ki, mənim nəvələrim də ordan bir söz öyrənsin, nəsə götürə bilsin. Bir-birinə tərbiyyəsiz sözlər deyirlər, onun da axırı gətirib dava-dalaşa çıxır. Bu sənəti qorumaq lazımdır. Əliağa Vahid istəsəydi meyxananı söyüşlə deyə bilməzdi?! Bəlkə də öz aralarında deyib, amma onlar da yazılmayıb. Hətta belə eşitmişəm ki, deyiblər "Əliağa, elə söz de ki, bir az gülək". O da deyib, amma dava-dalaş olmayıb. Bütün bu hallar Rəşaddan uzaqdır, o dava-dalaş salmayıb. Elə sözlər tapıb deyirdi ki, heç kimin ağlına belə gəlməzdi. Nizami Rəmzi ilə dostluğumuz olub, aramız çox yaxşı olub. Nizaminin dediyi meyxanaların heç birində söyüş ola bilməzdi. Ağasəlim Çıldaq, Kəbir, Məşədibaba, Kərim də vaxtilə əla meyxana deyirdilər. Son illər isə mənim üçün təkcə Rəşad idi. Rəşadla da hələ ki, dayandım. Allah tezliklə qapısını açsın. İndi bilinmir ya mahnıdır, ya da mehxana deyirlər" deyə sənətkar bildirib.

Xalq artisti Qazaxıstan səfərindən də danışıb.

"Qazaxıstanın Alma-ata şəhərində zəfər bayramımızı qeyd etdik. Ölkəmizin Qazaxıstandakı səfirliyi tərəfindən çox gözəl və nəfis bir tədbir təşkil olunmuşdu. Bizim Qazaxıstandakı diasporamız da tədbirdə çox gözəl iştirak edirdi. Sabah isə zəfərimizi Gürcüstanda qeyd edəcəyik. Allah xalqımıza böyük sevincli günlər yaşatsın. Nə yaxşı ki, torpaqlarımız işğaldan azad olundu, biz başı uca gəzirik. Qarabağın alınması, 44 günlük müharibə deyərdim ki, bütün türkdilli xalqlara təsir edib. Hamı milliləşib, birləşib. Qazaxıstanda olanda hiss edirdim ki, elə bil bizim yox, onların öz torpaqları işğaldan azad edilib. İldən-ilə bu qələbə bayramı bir az da şirin gəlir, coşqu ilə bunu qarşılayırıq" deyə xalq artisti Möhlət Müslümov deyib.

moderator.az




Xəbəri paylaş

3038 dəfə oxunub.

Digər xəbərlər
18-04-2017, 13:27 Dollar ucuzlaşdı

bütün xəbərlər
____ Instagram ___