Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həkimin intihardan əvvəlki məktubu üzə çıxdı - Günahkar kimdir?
Tarix: 01-11-2022 | Saat: 10:47
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Həkimin intihardan əvvəlki məktubu üzə çıxdı - Günahkar kimdir?

Təxminən iki ay əvvəl Lənkəranda intihar edən tanınmış stomatoloq Müşfiq Bağırovun ölümündən bir neçə dəqiqə əvvəl yazdığı məktub üzə çıxıb.

 

Bu barədə məlumatı jurnalist Anar Məmmədov ictimailəşdirib.

 

Məlumata əsasən, rayonun Xolmilli kəndindən olan M.Bağırov ehtimallara görə ölümündən bir neçə dəqiqə əvvəl məktub yazıb və sonra özünə məxsus yarımtikiliyə gedərək intihar edib.

 

M.Bağırovun üç səhifədən ibarət məktubunda ailə üzvlərinə vəsiyyətindən tutmuş, onu ölümə vadar edən şəxsin adına kimi hər şeyi qeyd edib.

 

M.Bağırov məktubunda yazıb:

 

“Məni buna İbrahim (Teymurov) vadar etdi. Mən ancaq onun üçün işləyirdim. Moskvadan 980.000 manat pul vuruldu. Pullar İbrahimə çatdı. O isə pullarını mənə çatdırmadı ki, camaata qaytarım. 320 min manat Aqşinə, 680 min manat isə Sadirə çatmalı idi. Məni ölümə İbrahim vadar etdi. Axırda məni ‘bandotdel’ ilə hədələyirdi. Evlərimi əlimdən almaq istəyirdi”.

 

Məktubda, həmçinin ailə üzvlərinə vəsiyyətini edib, sonda isə intiharına görə anasından üzr istəyib.

 

Xatırladaq ki, M.Bağırov tanınmış həkim ailəsinin övladı olub. Onun atası Zaman Bağırov da uzun illərdir rayonda tibb sahəsində fəaliyyət göstərir.

 

Bildirilib ki, Müşfiq Bağırov stomatoloq fəaliyyəti ilə yanaşı bizneslə də məşğul olub. Müşfiq Bağırov və ailəsi Lənkəranda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. O, stamotoloq kimi yüzlərlə qazini, şəhid ailəsi üzvünü və tələbəni pulsuz müalicə edib. Bundan başqa, Müşfiq Bağırov Lənkəran şəhərinin mərkəzində yerləşən diş klinikasının önündə xeyriyyə kampaniyası ilə bağlı elanlar da yerləşdiribmiş.

 

M.Bağırov 2022-ci il avqustun 21-də “Raypo” adlanan ərazisində özünə məxsus yarımtikilidə intihar edib. Faktla Lənkəran rayon prokurorluğundan cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Məsələ ilə bağlı mərhumun ailəsi istintaq davam etdiyindən açıqlama vermək istəmir. Criminal.az yaxın günlərdə mərhumun məktubda adını hallandırdığı İ.Teymurovun mövqeyini təqdim edəcək.



Xəbəri paylaş

4178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___