Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanı şoka salan dəhşətli hadisə ilə bağlı YENİ FAKTLAR
Tarix: 26-07-2017 | Saat: 11:56
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Ötən gecə Şəmkir rayonunun Zəyəm qəsəbəsində 25 yaşlı qadının iki körpəsi ilə özünü qatarın altına ataraq intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.Məlumata görə, 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızının ailə qurduğu 1989-cu il təvəllüdlü Mahmudov Nəsrəddin Fəzail oğlu bibisi Dursuna uzun illər əvvəl övladlığa verilib. Belə ki, övladı olmadığı üçün qardaşı Fəzail uşaqlarından birini bacısı Dursunun himayəsinə verib və qadın öz evində Nəsrəddini böyüdüb. Daha sonra Nəsrəddin özünün sevib-bəyəndiyi Pərvanə ilə ailə həyatı qurub. O, bildirib ki, həyat yoldaşını həmişə müdafiə edib, ailə söhbətləri zamanı xanımının tərəfini tutub. Lakin heç vaxt ana ola bilməyən Durtsun Mahmudova övladlığa götürdüyü Nəsrəddinin xanımını heç cürə qəbul etmirmiş və vaxtaşırı onunla mübahisə edirmiş. Pərvanənin ailə qurandan sonra ardıcıl iki övlad dünyaya gətirməsi də bu söz-söhbətləri azaltmayıb. Əksinə gəlinlə, qayınanası arasında sərinlik daha da artıb.
 
Dünən Nəsrəddin işdə olarkən onlar arasında növbəti dəfə münaqişə yaranıb və Pərvanə körpələrini götürərək çıxıb. O, oğlu 3 yaşlı Sənan və qızı 9 aylıq Səma ilə dəmiryolu xəttinə gələrək özünü qatarın altına atıb.
 
 
Nəsrəddin Mahmudov deyib ki, həyat yoldaşının bu cür addım atmasını heç cür başa düşə bilmir. O da məlum olub ki, ailənin maddi cəhətdən sıxıntısı olmayıb.
 
Araşdırmalar davam etdirilir. 
 
 
 
*****
 
 
 
10:03
 
 
 
Şəmkirdə baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub.
 
Apa-nın qərb bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü Pərvanə İlqar qızı Mahmudova həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nəsrəddin Fəzail oğlu Mahmudov və iki azyaşlı uşaqları – 2014-cü il təvəllüdlü Sənan Mahmudov, 2016-cı il təvəllüdlü Səma Mahmudova ilə birlikdə ərinin bibisi Dursun Mahmudovaya məxsus Şəmkir rayonu Zəyəm qəsəbəsi Xətai küçəsi ev 5 ünvanında yaşayıblar.
 
İyulun 25-də saat 20 radələrində Dursun Mahmudova ilə aralarında baş vermiş münaqişədən sonra Pərvanə Mahmudova uşaqlarını da götürüb atasıgilə getmək adı ilə evdən çıxıb. Lakin o, atasının evinə yox, dəmir yolu istiqamətinə gedərək uşaqlarının əlindən tutub özünü Böyük Kəsik - Bakı istiqamətində hərəkətdə olan sərnişin qatarının altına atıb. Nəticədə P. Mahmudova və uşaqları müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüblər.
 
Qatarın maşinisti Şəmistan Əhmədov və maşinist köməkçisi Ələnşir Əliyev şifahi izahat verərək bildiriblər ki, bir qadın iki azyaşlı uşağının əlindən tutaraq 8-10 metr məsafədə özünü onların idarə etdiyi qatarın altına atıb. Onlar əyləc sistemini dərhal işə salaraq qatarı dayandırsalar da, faciədən qaçmaq mümkün olmayıb.
 
***
01:25
Şəmkirdə dəhşətli intihar hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə,  hadisə iyulun 25-i saat 21 radələrində rayonun Zəyəm qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı 3 yaşlı oğlu və 1 yaşlı qızı ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər.
 
 Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbəri paylaş

6898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___