Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yoldan çıxaraq aşan avtobusun sürücüsü danışdı: Arvadla kişi... - VİDEO
Tarix: 31-10-2022 | Saat: 10:50
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər






Bakı-Ələt yolunda baş verən ağır avtobus qəzasının detalları üzə çıxıb.

Həmin vaxtı içərisi sərnişinlə dolu aşan 164 saylı avtobusun sürücüsü hadisə ilə bağlı ''Xəzər Xəbər''ə danışıb. Sürücü Razim Məmmədov iddia edir ki, hadisəyə səbəb piyadaların qəfil onun qarşısına çıxması olub.

Yol kənarına sürüşən avtobus aşıb və nəticədə 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xoşbəxtlikdən hadisə zamanı ölüm qeydə alınmayıb.

Xəsarət alan 23 nəfərin 18-i dünən evə buraxılıb. 5 nəfərin isə müalicəsi davam etdirilir. 164 saylı marşrut xəttinin müvəqqəti aid olduğu daşıyıcı şirkətin rəsmisi bildirir ki, qəzada xəsarət alanların zərərlərini sığorta şirkəti qarşılayacaq.

Yaralıların vəziyyətinə gəldikdə isə TƏBİB-in şöbə müdiri Zamirə Ədilova bildirib ki, qurumun tabeliyindəki tibb müəssisələrində 5 nəfərin müalicəsinə davam edilir.

Qeyd edək ki, hadisə Baki-Qazax yolunun 26-cı km-də qeydə alınıb.



VİDEO




Xəbəri paylaş

3998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___