Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Böyük həyəcanla bəyan etməyə məcburam ki...”
Tarix: 07-06-2016 | Saat: 17:25
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Böyük həyəcanla bəyan etməyə məcburam ki...”

Aparıcı nüvə gücləri arasında inam kollapsının olması Ukrayna, İraq, Liviya və Suriyadakı kimi konfliktlərə şərait yaradır.

"Xəbəraz.az " xəbər verir ki, bunu SSRİ-nin son prezidenti Mixail Qorbaçov Lüksemburq beynəlxalq forumunun iştirakçılarına müraciətində söyləyib. Onun sözlərinə görə, bu anlaşmazlıq nüvə müharibəsinin qarşısının alınması ilə bağlı kəsilmiş dialoqa yenidən qayıtmağa imkan vermir:

“Mən böyük həyəcanla beynəlxalq münasibətlərdə yeni hərbiləşmənin olacağını bəyan etməyə məcburam. Bu bizim soyuq müharibəni başa çatdırmağa imkan verən prinsiplərdən uzaqlaşmağımız deməkdir. Belə bir şəraitdə nüvəsiz dünyaya doğru hərəkət etməkdən danışmaq çox çətindir. Nüvə silahının azaldılması ilə bağlı dialoqdan faktiki olaraq imtina son iki ildə olub. Artıq bunu fikir ayrılıqları olan regional problemlərdən kənarlaşdırmadan yeniləmək lazımdır. Biz soyuq müharibəni qurtaranda etiraf etdik ki, milli maraqlardan başqa ümumi maraqlarımız da var. Bunun ən vacibi isə nüvə müharibəsinin qarşısının alınması idi. Bu gün bizim ümumi maraqlarımız nüvə silahının ixtisarı, terrorizmlə mübarizə, ekoloji fəlakətin qarşısının alınması və digərləridir”.


Xəbəri paylaş

8018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___