Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Fərqli iş saatları tətbiq edilsin...” - Bakının tıxac problemi ilə bağlı TƏKLİFLƏR - VİDEO
Tarix: 29-10-2022 | Saat: 15:23
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər



Paytaxtda demək olar ki, günün istənilən saatında tıxac var. Bəzən  15 dəqiqəlik yolu 45-50 dəqiqəyə gedirik . Əsəb, stress,  gərginlik və  s və ilaxır. Bəzi  ekspertlər problem ilə bağlı belə bir həll yolu təklif edir ki,  dövlət və özəl müəssisələrdə iş saatları  dəyişdirilsin.

Son dövrlər paytaxtda günün pik saatı anlayışı demək olar ki, öz əhəmiyyətini itirib. Əvvəllər işə gəlib-gedərkən tıxacla üzləşirdik. İndi isə istənilən saatda bakıda yollarda sıxlıq müşahidə edilir.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, problemin həlli üçün bəzi istehsal sahələrində iş saatlarını dəyişdirmək mümkündür. Onun sözlərinə görə bununla bağlı geniş təhlillər aparıldıqdan sonra qərar verilə bilər. Ekspert hesab edir ki, bununla da nəqliyyat sıxlığını qismən də olsa aradan qaldırmaq olar. 

Bəzi qərb ölkələrində artıq bu təcrübədən istifadə edilir. Dövlət, özəl və təhsil müəssisələri fərqli iş saatlarında fəaliyyət göstərir ki, bu da vətəndaşların saatlarla tıxaclarda qalmasının qarşısını alır. Bəs görəsən, ölkəmizdə də bunu reallaşdırmaq olarmı ? 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki bakıda iş saatlarının yerini dəyişməklə tıxac problemini həll etmək real görünmür. 


Sahib Məmmədov əlavə edib ki, tıxac problemini yalnız nəqliyyat infrastrukturu ilə bağlı kompleks tədbirlər görməklə həll etmək olar.






Xəbəri paylaş

4658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___