Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dədə Süleymanın vəfatına görə kədərlənən Xalq artisti: "Əvvəl fatihə, sonra isə segah oxudum" - FOTO
Tarix: 25-10-2022 | Saat: 10:41
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt | çapa göndər






Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə vəfat edən mərhum Əməkdar artist Süleyman Abdullayevlə bağlı paylaşım edib.

O, instaqram hesabındakı paylaşımında xanəndənin dünyasını dəyişdiyinə görə dərin kədər hissi keçirdiyini deyib. Teymurova acı xəbəri eşidərkən Dədə Süleyman ruhuna fatihə, sonra isə segah oxuduğunu bildirib:

"Muğam dünyamızın bir yarpağı da töküldü. Dədə Süleymanı da itirdik. Dədə, özümdə güc tapa bilmədim, səni xəstə yatağında ziyarət edim. Sən bizim gözümüzdə qaməti əyilməz Dədə idin. Zalım xəstəlik səni də yatağa saldı. Ağır itkidir sənət üçün. Hər bir xanəndə dünyaya muğamla göz açır, muğamla da köçür. Ölüm xəbərini eşidəndə ruhuna fatihə, sonra isə segah oxudum. Allah rəhmət etsin sənə, Dədə Süleyman".

Məlumat üçün bildirək ki, Süleyman Abdullayev iki gün əvvəl yerləşdirildiyi xəstəxanada vəfat edib. 




Xəbəri paylaş

4878 dəfə oxunub.

Digər xəbərlər
28-08-2016, 00:38 Qubada uşağı sel apardı

bütün xəbərlər
____ Instagram ___