“HB Güvən" klinikasında dəhşət saçan TEST OYUNLARI... - Dövlət də müdaxilə edə bilmir...
Tarix: 26-08-2021 | Saat: 11:44
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Dünən xəbər saytlarında “HB Güvən" klinikasında götürülən covid testləri ilə bağlı maraqlı məlumat yayılıb. Məlumatda bildirilir ki, bu xəstəxanada ekspress “Covid” testləri götürülür və həmin testlərin nəticələri TƏBİB-in sistemində qeydə alınmır. Yəni, nəticənin neqavit və ya pozitiv çıxmasından aılı olmayaraq bunu yalnız vətəndaş özü biləcək. Nəticədə onun xəstə olması barədə məlumat ümumrespublika statistikasında da əksini tapmayacaq. Bu testlərin isə qiyməti 70 manatdır. Yox, əgər vətəndaş testin nəticəsinin TƏBİB-in sistemə düşməsini istəyirsə, bu zaman əlavə 30 manat da ödəməli olur.
Nəzərə alaq ki, sentyabrın 1-dən bir çox iaşə obyektlərində covid pasportu tələb ediləcək və həmin testi pozitiv çıxıb, sistemə yerləşdirilməyən şəxslər çox böyük problemlərlə qarşılaşacaqlar. Çünki onların xəstəliyi keçirmələrinə, bədənlərində antitel yaranmasına baxmayaraq, sistemdə qeydiyyata düşmədikləri üçün həmin şəxslərdən də peyvənd olunmaları tələb olunacaq. Bunun isə hansı fəsadlara yola biləcəyini düşünmək belə qorxuducudur.
Digər tərəfdən isə həmin ekspress testləri verən, nəticəsi müsbət çıxan, lakin sistemə adı yerləşdirilməyən şəxslər cəmiyyət üçün bibaşa təhlükədir. Çünki sistemdə adları olmadığı üçün istədikləri vaxt evdən çıxa, ictimai nəqliyyatdan istifadə edə, insanlarla ünsiyyətdə ola bilərlər.
TƏBİB rəsmisi isə bu qədər ciddi bir məsələyə açıqlama verərək bildirir ki, özəl klinikalarda test məsələsi TƏBİB-ə bağlı deyil və kimin nəzarət etdiyini bilmirlər.
Biz də bir ümidlə Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Onlardan da aldığımız cavab heç ürək açan olmadı. Bildirdilər ki, özəl xəstəxana olduğu üçün Səhiyyə Nazirliyinin nəzarətində deyil.
O zaman sual yaranır ki, əgər nə TƏBİB, nə də Səhiyə Nazirliyinin nəzarətində deyilsə, niyə özəl xəstəxanalarda bu testlərin aparılmasına icazə verilir? Bir çox suallarımız kimi bu sualımız da cavabsız olaraq qalır. Çünki məsələnin vahid mərkəzi olmadığı üçün özbaşınalıq baş alıb gedir. //bizimyol.info//
Xəbəri paylaş
5908 dəfə oxunub.
Digər xəbərlər

11-04-2018, 18:56
Saat 17:00-a kimi ən fəal və ən passiv DAİRƏLƏR
11-03-2017, 12:45
İstirahət gününün HAVAsı
15-03-2023, 10:38
Aprel ayında pula pul deməyəcək bürclər - Onlar HANSILARDIR?
28-11-2017, 18:47
Könül Kərimovanın qızının toyunda nələr oldu? - fotolar
27-07-2017, 14:47
Kamil Zeynallı: “10 oğlum olsa, hamısı qurban olsun 1 qızıma...”
7-09-2021, 11:54
Dadına görə yeyilmir, amma...
12-03-2015, 13:05
1500-ə yaxın əcnəbi Azərbaycanı 2 gün ərzində tərk etməlidir Xidmət məlumat yaydı.
1-06-2016, 20:59
Rusiya və Türkiyə tanklarının müqayisəsi - Video
17-08-2023, 13:49
"Nikosayağı"nın qəzadan sonra ilk FOTOSU