Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyənin ən titullu klubu "Qalatasaray" 48 nəfərlik heyətini azaltmaq üçün maraqlı addım atmağa hazırlaşır.
Tarix: 30-06-2015 | Saat: 14:32
Bölmə:Karusel / İdman / Maraqlı / M2 | çapa göndər

Türkiyənin ən titullu klubu "Qalatasaray" 48 nəfərlik heyətini azaltmaq üçün maraqlı addım atmağa hazırlaşır.


Xeberaz.az -ın məlumatına görə, İstanbul təmsilçisi heyətindəki futbolçuları əlindən buraxmamaq üçün Belçikadan klub almaq istəyir. Belçika I Liqa klublarından "Mouscron Peruwelz"in 51%-lik hissəsini 1,2 milyon avroya almağı planlaşdıran "Cimbom" ehtiyacı olmayan futbolçuları bu kluba göndərəcək. "Qalatasaray" komandanın texniki heyətini də öz təyin edəcək.

"Qalatasaray" satın alacağı köklü klubu pilot komandası edəcək. Belçikanın Avropa futbol bazarında əhəmiyyətli bir vitrin olduğu düşünən "Qalatasaray" rəhbərliyi "Mouscron Peruwelz"in maliyyə böhranda olmasını fürsətə çevirəcək. Gələcək vəd edən futbolçuların burada vitrinə çıxarılması planlaşdırılır. "Qalatasaray"ın pilot komanda olaraq düşündüyü Belçika klubunu bir müddət öncə İngiltərənin "Mançester Siti" klubu da almaq istəyirdi. 2010-ci ildə iflas edən Belçika klubu İngilislərin 3 milyon funt sterlinqlik təklifini ilk etapda qəbul etmiş, ancaq daha sonra razılıq verilməmişdi.

"Qalatasaray" pilot klub layihəsini həyata keçirə bilərsə heyətdən bu oyunçuları göndərəcək: Ontivero, Sercan Yıldırım, Oğuzhan Kayar, Eray İşcan, Dani, Furqan, Yekta, Umut Gündoğan, Cemaili.


Xəbəri paylaş

7538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___