Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlılar rus qızlarına görə “ilişdilər“
Tarix: 26-08-2015 | Saat: 23:46
Bölmə:Karusel / Gündəm / Fotogalereya | çapa göndər

Azərbaycanlılar rus qızlarına görə “ilişdilər“


Prokurorluq məsələ ilə bağlı məhkəmədə iddia qaldırıb

Rusiyada Prokurorluq Sankt-Peterburq sakinləri ilə miqrantlar arasında olan nikahın saxta olduğunu üzə çıxarıb.

Ans press-in məlumatına görə, Sankt-Peterburq şəhərinin Krasnoqvardiski rayon prokurorluğu Azərbaycan və Rusiya vətəndaşları arasında bağlanan saxta nikahlardan narahat olmağa başlayıb. Prokurorluq əməkdaşları nikah tarixlərinə nəzər salarkən onların diqqətini xüsusilə iki tarix daha çox cəlb edib.

Məlum olub ki, bir müddət əvvəl iki qafqazlı şəxs müvəqqəti yaşayışa icazə almaq üçün Rusiya Federal Miqrasiya Xidmət İdarəsinə müraciət edib. Belə ki, həmin iki nəfər - Eldəniz Kərimov və Aslan Aslanov rus xanımları ilə nikahda olması barədə sənədləri miqrasiya xidmətinin işçilərinə göstəriblər.

Lakin bu il martın 13-də və mayın 26-da xarici miqrantlarla bağlanan nikahların qanunsuz olduğu və Eldəniz Kərimovla Aslan Aslanovun qızlarla ailə həyatı qurmaq niyyətində olmadıqları məlum olub.

Şəxsiyyət vəsiqəsində vurulan möhür sadəcə Rusiya vətəndaşlığını rahat şəkildə almaq üçündür. saxta ailə quran gənclərin yalanlarının üstünü açan prokurorluq Frunzenski və Neva rayonlarının məhkəmələrində bu nikahların qeyri qanuni hesab edilməsi üçün iddia qaldırıb.

Onu da qeyd edək ki, qeyri qanuni nikahlar Sankt-Peterburq üçün yeni problem deyil. Prokurorluq tərəfindən yoxlamaların artmasına səbəb isə rus qızların əcnəbilərlə nikahlarının sayının artması kimi göstərillb. Ötən ilin sentyabrında Sankt-Peterburq şəhərində 20 saxta nikah aşkarlanıb.


Xəbəri paylaş

6498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___