Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mikayıl Cabbarovdan qalmaqallı test açıqlaması – VİDEO
Tarix: 22-02-2016 | Saat: 12:14
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

Mikayıl Cabbarovdan qalmaqallı test açıqlaması – VİDEO
“Çatışmazlıqlar var”.

Dünən təhsil naziri Mikayıl Cabbarov ANS TV-də yayımlanan “Hesabat”ın qonağı olub.

"Xəbəraz.az " xəbər verir ki, nazir günlərdir müzakirə olunan test sisteminin ləğv olunması məsələsinə aydınlıq gətirib.

O bildirib ki, bu gün test imtahanının forması əmək bazarında tələb olunan biliyi ölçmür və yaxud ölçmək qabiliyyətinə malik deyil:

“Test imtahanları zamanı şagirdlərin nitq, ritorika, yazı vərdişləri arxa planda qalır. Düzdür, test vasitəsilə imtahanların qısa olması üstünlükdür, ancaq digər tərəfdən çatışmazlıqları var. Faktiki olaraq məzunun gələcək taleyi 3 saatlıq bir imtahanda həll olunur və o imtahan ildə bir dəfə keçirilir. Dünyada başqa qiymətləndirmə sistemləri də mövcuddur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri ilə çox maraqlı müzakirələrimiz gedir. İnanmıram ki, növbəti 2-3 ildə imtahanların forma və mahiyyətində hər hansı bir dəyişiklik olsun.

Ancaq ondan sonra imtahanların formasında müəyyən dəyişikliklər ediləcək. Yeni tədris məzmunu ilə oxuyan şagirdlər 3 il sonra məktəbi bitirirlər və onların bilikləri testlə ölçülə bilməz”.


Xəbəri paylaş

6358 dəfə oxunub.

Digər xəbərlər
28-04-2016, 02:16 FHN bir nəfəri xilas etdi

bütün xəbərlər
____ Instagram ___