Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Firəngiz Rəhimbəyova ölümündən 22 gün sonra burada dəfn ediləcək - FOTO
Tarix: 25-08-2022 | Saat: 11:19
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt | çapa göndər



Avqustun 15-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində ürəktutmadan vəfat edən azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyovanın dəfn ediləcəyi yer məlum olub.

Məlumata görə, sənətçi Kaliforniyanın "Valley Oaks Memorial Park" məzarlığında dəfn ediləcək.

Dəfn mərasimi sentyabrın 6-da yerli vaxtla saat 11:00-12:00-da keçiriləcək.

Qeyd edək ki, bu məzarlıqda məşhur iranlı musiqiçi Şəhram Kaşani, amerikalı aktrisa Celeste Yarnall, aktyor-prodüser Vilyam Fips və s. tanınmış şəxslər  dəfn edilib.


F. Rəhimbəyova 1958-ci ilin 5 avqust tarixində Bakıda anadan olub. "Bəxt üzüyü" filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. 2017-ci ildə Əməkdar artist Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü - 2" filmində yenidən Sevda roluna çəkilib.


Məqaləyə dair fotomateriallar:




Xəbəri paylaş

4368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___