Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zaporojye AES-də partlayış baş verərsə, yarım milyon insan ölə bilər - ŞOK İDDİA
Tarix: 19-08-2022 | Saat: 11:47
Bölmə:Karusel / Dünya / Gündəm | çapa göndər



Beynəlxlaq ekspertlər Ukrayna ərazisini işğal etmiş Rusiya ordusunun Zaporojye AES-də fəlakət törədəcəyi təqdirdə radioaktiv zəhərli buludların necə hərəkət edəcəyini modelləşdiriblər.

Bununla bağlı proqnoz Ukrayna Hidrometeorologiya İnstitutunun və Milli Elmlər Akademiyasının alimləri tərəfindən həyata keçirilib.

Onlar radiasiyanın potensial hərəkətini əks etdirən qısa video yayımlayıblar.

Əgər avqustun 15-dən 18-dək olan hava şəraiti dəyişməzsə, o zaman radioaktiv buludlar öncə şimala hərəkət edərək Kiyev və ona bitişik rayonlara təsir edəcək. Sonra əsas bulud kütləsi qərbə doğru hərəkət etməyə başlayacaq və böyük bir ərazini örtəcək.

Radiasiya Ukraynanın qərb bölgələrini "süpürdükdən sonra" Avropa ölkələrinə keçəcək. Polşa, Slovakiya, Macarıstan və Rumıniya təhlükə altında olacaq. Bulud Belarus ərazisinin təxminən yarısını da əhatə edəcək.

Xatırladaq ki, Rusiya qoşunları martın 4-dən Zaporojye AES-ə nəzarət edir. Ruslar AES-in peyk şəhəri olan Enerqodarı da işğal etdilər.


Ruslar AES-in ərazisini dəfələrlə atəşə tutub, hətta bir sıra obyektlərə ziyan dəyib. Ukrayna hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyindən münaqişənin həllində kömək istəyib.

Obyektdə fəlakət baş verəcəyi təqdirdə, Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Staruxun sözlərinə görə, iki rayondan 400 min sakin təxliyə edilməli olacaq.




Xəbəri paylaş

3688 dəfə oxunub.

Digər xəbərlər
27-04-2016, 12:27 Qara pişik

bütün xəbərlər
____ Instagram ___