Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
Tarix: 04-06-2017 | Saat: 14:01
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Belə hesab olunur ki, gülüş insan orqanizminin müdafiə mexanizmidir. Gülüş insanı psixiki gərginlikdən və stresdən azad edir.
Araşdırmalar göstərir ki, gülüş ürək-damar və nəfəsalma sistemi xəstəliklərinin riskini azaldır. Yaxşı yumor hissi olan insanlar stres, depressiya və s. nevroloji pozulmalardan daha az əziyyət çəkir.
Lakin bəzən gülüş xəstəliyin simptomu kimi meydana çıxa bilər. Təbii ki, burada söhbət idarə olunmayan, səbəbsiz, qeyri-təbii, patoloji gülüşdən gedir. Belə gülüş bu kimi xəstəliklərin simptomu ola bilər:
- Beyin şişləri və ya kistaları. Səbəbsiz gülüş bəzən bu pozulmaların simptomu kimi meydana çıxır. Bu zaman kista və ya şişin cərrahi yolu ilə xaric olunması insanı patoloji gülüşdən azad edir.
- Angelman sindromu. Nadir genetik xəstəlikdir. Bu sindromu olan insanların psixiki inkişafında geriləmə olur, nitqi pis inkişaf edir. Angelman sindromu olan insanlar daim səbəbsiz gülür və gülümsəyir - bu xəstəliyin ən xarakterik simptomlarından biridir.
- Alsgeymer xəstəliyi (ağıl zəifliyi, demensiya). İngiltərə alimləri araşdırmalar zamanı aşkar ediblər ki, "qara" yumor, yersiz gülüş demensiyanın ilk simptomlarından biri kimi meydana çıxır.
- Biopolyar pozulma (bəzən bu pozulmanı "maniakal depressiya" adlandırırlar). Bu halda əhval-ruhiyyənin tez-tez deyişkənliyi müşahidə olunur. Maniakal vəziyyətdə insan çox danışır, yuxudan imtina edir, imkanlarını real qiymətləndirə bilmir, hərəkətlərinin son nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkir. Xəstəliyin simptomlarından biri də səbəbsiz patoloji gülüşdür.(saglamolun.az)
Xəbəri paylaş
7048 dəfə oxunub.
Digər xəbərlər

12-04-2019, 13:47
YƏHYA BABANLI FHN-nin sözçüsü olaraq sözünü tutdumu?
6-10-2018, 11:02
Dispetçer də həbs olundu - Binədəki qəzayla bağlı rəsmi açıqlama
25-11-2016, 16:25
“Vətəndaşların qəzalı binalarda yaşamasına son qoyacağıq” - Prezident
19-04-2022, 11:47
Corabda yatmağın BİLMƏDİYİNİZ FAYDALARI
28-04-2022, 10:15
Pensiyası az olanların NƏZƏRİNƏ: Əlavə müavinət təyin olunacaq
1-10-2016, 15:58
Prezidentin NAZ-Lifan tövsiyyəsi: hansı nazirlik əməl edib?
14-05-2017, 22:50
Hərbçilər xanımları və anaları ilə Ağ Evdə - Fotolar
14-12-2017, 13:58
Kimə borc verirsiniz? – SORĞU