Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Prezidentin bizə olan dəstəyini hər addımımızda hiss edirik"
Tarix: 16-07-2022 | Saat: 11:30
Bölmə:Karusel / Gündəm / M2 / Aktual | çapa göndər



Azərbaycanda hər zaman şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatına dövlət tərəfindən diqqətlə yanaşılıb.

Bunu açıqlamasında Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev bildirib.

Q.Ağayev vurğulayıb ki, Prezident İlham Əliyevin Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğı göz önündədir:

"Cənab Prezident İlham Əliyevin bizə olan dəstəyini hər addımımızda hiss edirik. Daim Vətən müharibəsi iştirakçılarının şəraitinin yaxşılaşdırılması üçün müxtəlif işlər görülür. Şəhid ailələrinin və müharibə əlillərinin mənzillər və fərdi evlərlə təmin edilməsi, müharibə əlillərinə avtomobillərin verilməsi dövlətin göstərdiyi diqqətin bariz nümunəsidir.

Həmçinin qeyd etmək istərdim ki, sosial ödənişlərlə də təmin olunmuşuq. Buna görə də dövlət başçısına və bizə diqqət göstərən qurumlara öz təşəkkürlərimizi bildiririk. Eyni zamanda bizə bu qələbəni yaşadan Ali Baş Komandanımıza, eyni zamanda ərazi bütövlüyümüzü təmin edən şəhid və qazilərimizə öz təşəkkürümü bildirirəm", - Vətən Müharibəsi Qəhrəmanı deyib.

Q.Ağayev əlavə edib ki, ilk öncə bir vətəndaş kimi dinindən, irqindən, etnik qrupundan aslı olmayaraq biz dövətimizin hər günündə birliyimizi, əzmimizi, qətiyyətimizi, iradəmizi göstərməliyik və Vətən müharibəsində iştirakımız bizim ilk öncə hərbi vəzifə borcu, eyni zamanda vətəndaşlıq haqqı idi.


"İşğal zamanı düşmən tərəfindən bizə yaşadılan mənəvi sarsıntıları, əsir götürülən ana-bacaılarımızı, hələ körpəykən vəhşicəsinə öldürülən uşağları heç vaxt unutmaq olmaz. Biz döyüşçülər öz vəzifəmizi yerinə yetrmişik, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən və xalq tərəfindən bizə olan etimadı yanıltmamaq üçün öz canımızdan keçmiş və hər anda keçməyi özmüzə şərəf bilmişik.

Biz döyüşçülərin arxa-dayağı təbiiki qüdrətli dövlətimiz və əzmkar xalqımızdır. Heç bir kənar qüvvələr hansısa məkrli siyasətlərini məsum adlar altında yeritməyindən aslı olmayaraq bizim bu inancımıza şübhə sala bilməz. Şəhidlərimizin, qazilərimizin qanları ilə, analarımızın gözyaşlarıyla yoğrulan bu torpaqlar Azərbaycan vətəndaşının qibləgahıdır!", - deyə Q.Ağayev vurğulayıb.




Xəbəri paylaş

5588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___