Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ: Baş nazir qərarlar imzaladı
Tarix: 03-06-2022 | Saat: 11:04
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər



"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Prezidentin sərəncamı ilə təsdiq olunmuş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən qəbul edilib.

Qərar ilə təsdiq edilmiş Qaydada Dövlət Proqramı çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları müəyyən edilib.

Həmçinin Nazirlər Kabinetinin digər qərarı ilə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası təsdiq edilib.


Bu Qərar da Prezidentin Sərəncamı ilə təsdiq olunmuş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən qəbul edilib.

Qərar ilə təsdiq edilmiş Qaydada Dövlət Proqramı çərçivəsində xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının təhsil, viza, qeydiyyat, aylıq yaşayış, tibbi sığorta, beynəlxalq nəqliyyat və digər xərclərinin qarşılanması nəzərdə tutulub.




Xəbəri paylaş

5208 dəfə oxunub.

Digər xəbərlər
25-05-2015, 19:17 Stockholm Sindromu nədir?

bütün xəbərlər
____ Instagram ___