Ermənilərdən YUNESKO-ya şikayət
Tarix: 09-06-2016 | Saat: 17:15
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
“İrəvan-2018” Hərəkatı İrəvan torpaqlarında mövcud olan və erməni vandalları tərəfindən dağıdılan məscidlərlə bağlı YUNESKO-ya və İslam Əməkdaşlıq Təşkilatına müraciət edib.
Karabakh.Today xəbər verir ki, bu barədə “Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu” İB-nin sədri, “İrəvan-2018” Hərəkatının təsisçisi Zaur Qəriboğlu məlumat verib.
Z.Qəriboğlu bildirib ki, qədim türk torpağı olan İrəvanda mövcud olan məscidlər və eyni zamanda digər maddi-mənəvi abidələr ermənilər tərəfindən dağıdılıb və həmin maddi-mənəvi abidələr yer üzündən silinib:
“Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan İrəvan xanlığının ərazisi xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngin olub. Keçmiş İrəvan xanlığı, indiki Ermənistan ərazisində İslam dini VII əsrdən etibarən yayıldığı üçün həmin ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud idi və İrəvan xanlığının, o cümlədən də İrəvan şəhərinin ərazisində var olan məscidlərin hər biri öz arxitekturasına görə dəyərli memarlıq nümunəsi kimi dünya mədəniyyətinin inciləri olaraq tarixə düşüb. Azərbaycan kərpic memarlığının nadir nümunələrindən bir neçəsi məhz İrəvan şəhərində yaradılıb. Tarix kitablarını vərəqləsək, görəcəyimiz faktlardan aydın olacaq ki, Azərbaycanın ayrılmaz hissəsi olan Qərbi Azərbaycanın hazırda "Ermənistan" adlanan torpağın aborigen əhalisi məhz Azərbaycan türkləri olub.
1828-ci ildə Türkmənçay müqaviləsindən sonra bölgəyə İran və Türkiyədən gələn ermənilər bu əraziyə yerləşdirildilər. Ermənilər isə möhkəmlənəndən sonra bu əraziləri erməni torpağı elan edib, yaşayış məntəqələrinin türk adlarını dəyişdirib, onlara erməni adları veriblər. Bu gün düzdür, İrəvanın qədim tarixinə dair əldə olan məlumatlar olduqca azdır. Bunun səbəbi İrəvanın 4 iyun 1679-cu il zəlzələsində dağılmasıdır. İrəvanın dövrümüzədək gəlib çatan memarlıq və təsviri incəsənət nümunələri haqqında məlumatların çoxu zəlzələdən sonrakı illərə aiddir. Kərpic və daşla xüsusi zövqlə inşa edilən məscidlər, karvansaralar öz orijinallığı və üslub zənginliyi ilə daim görənlərin könlünü oxşayıb. Bu haqda əraziyə səfər edən səyyahlar, alimlər öz əsərlərində də dəfələrlə yazıblar. Lakin bu abidələr zamanla ermənilər tərfindən dağıdılıb, formasiyası dəyişdirilib və yer üzündən silinib.
Dağıdılan, yerlə - yeksan edilən, eyni zamanda formasiyası dəyişdirilən (Göy məscid, Əmir Səəd məqbərəsi) abidələrlərlə əlaqədar müvafiq qurumlara müraciət edən hərəkat erməni vandallarının dağıtdığı maddi-mədəni abidələri ilə bağlı müvafiq tədbirlərin görülməsini həmin qurumlardan xahiş edib.
Xəbəri paylaş
7968 dəfə oxunub.
Digər xəbərlər

14-04-2015, 18:00
"Hakim başqa söz dediyi üçün onu itələdim"
29-01-2019, 14:31
Kirayə haqqını dövlətə ödəyərək mənzil sahibi olacaqsınız - ŞƏRTLƏR
18-07-2018, 17:07
Ruslan Rəhimova gəlin dəstək olaq - VIDEO
20-07-2017, 22:23
WhatsApp-dan möhtəşəm yenilik
24-02-2022, 16:19
Ukraynanın bu kəndi qana bulandı: 18 ölü, xeyli yaralı var - FOTOlar
19-03-2021, 13:29
General Rövşən Əkbərovun həbsi: yeni şok iddialar - TƏFƏRRÜAT
19-12-2016, 19:47
Nənə oyuncaq sifariş verdi, qutudan odlu silah çıxdı
22-11-2019, 04:16
Cəlilabadda başçının adından pul yığılır - İDDİA
10-12-2016, 22:04
Arzularınızı reallığa çevirən 29 CAZİBƏ QANUNU