Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda magistral yoldakı lövhəni oğurladılar - FOTO
Tarix: 26-04-2022 | Saat: 11:37
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Azərbaycanda magistral yoldakı lövhəni oğurladılar - FOTO26

Dəfələrlə paytaxtda və bölgələrdə oğurluq faktları ilə bağlı Daxili İşlər Nazirliyinin məlumatlarını paylaşmışıq. Demək olar hər gün bu tip xəbərlərə rast gəlmək olur. Saxlanılan şəxslər ətrafında aparılan araşdırma zamanı onların çoxunun narkotik istifadəçisi olduğu müəyyənləşir və üzərindən narkotik maddələr aşkar edilib. Növbəti belə oğurluq hadisəsi Lənkəran rayonu ərazisində qeydə alınıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Ələt-Astara Magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsindən Avtomobil Yollarının Mühafizəsi MMC-yə məxsus 1 ədəd məlumatverici lövhə, metal mühafizə çəpəri və dirəklərin oğurlanıb. Bu barədə Lənkəran rayon Polis Şöbəsinə müraciət daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Elbruz Fətullayev müəyyən edilərək saxlanılıb. Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Lənkəran rayon Mərkəzi Xəstəxanasının pilləkənlərindən ümumilikdə 1200 manat dəyərində metal məhəccərləri oğurlamaqda şübhəli bilinən rayon sakini Zaur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı hər iki şəxsdən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 14 nəfər rayon sakini – Ş.İsazadə, E.Gözəlov, R.Kərimov, R.Şahbazzadə, Z.Cəfərov, C.Zülfiqarov, R.Abdullazadə, M.Həsənov, S.Əlizadə, O.Məmmədov, Q.Məmmədov, M.Mahmudov, Ş.Məmmədov, S.Qurbanov saxlanılıb. Şəxsi axtarış zamanı hər birinin üzərindən narkotik vasitə aşkarlanaraq götürülüb. Bundan başqa həmin şəxslərdən üçünün – O.Məmmədov, S.Əlizadə və Ş.Məmmədovun ayrı-ayrılıqda müxtəlif ünvanlardan oğurluq etdikləri də müəyyən edilib.
Faktlarla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır
Saxlanılan şəxslər




Xəbəri paylaş

5888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___