“Atatürk”ü qana boyayan Çatayev kimdir?
Tarix: 01-07-2016 | Saat: 11:46
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Rusiya mətbuatı İstanbulun Atatürk Hava Limanında 44 adamın ölümü ilə nəticələnən terror hücumu ilə bağlı sensasion məlumat yayıb.
"Xəbəraz.az " xəbər verir ki, terror hücumunu təşkil edənlərdən biri, Dağıstan əsilli Rusiya vətəndaşı Əhməd Çatayev bu vaxta qədər dörd müxtəlif ölkədə nəzarətə alınıb, daha sonra isə sərbəst buraxılıb. Ayrıca Çatayev Rusiya xüsusi xidmət orqanları tərəfindən axtarışda olub.
Çatayev 2003-ci ildə Avstriyaya gedərək siyasi sığınacaq tələb edib. 2008-ci ildə İsveçin Trelleborq limanından ölkəyə girməyə çalışarkən saxlanılıb. Bir müddət sonra isə avtomobilində Kalaşnikov avtomatı və xeyli partlayıcı maddə ilə həbs olunub.
İsveçdə bir illik həbsdən sonra sərbəst buraxılan Çatayev daha sonra Ukraynaya gedib. Bu ölkədə də təkrar nəzarətə alınan Dağıstan əsilli döyüşçü haqqında Rusiyaya deportasiya etmək qərarı verilib. Lakin Ukrayna insan hüquqları təşkilatları qərara etiraz edərək terrorçunun vətəninə deportasiya edilməsinə imkan verməyib. Daha sonra Avstriyaya göndərilən Çatayev Bolqarıstan-Türkiyə sərhədini qeyri-qanuni yolla keçərkən nəzarətə alınıb.
Çatayev 2012-ci ildə Gürcüstanın Lopota vilayətində yaranan qarşıdurmadan sonra həbs olunub. 2012-ci ildə Bidzina İvanişvilinin rəhbərliyi altında qurulan yeni hökumət onu siyasi məhbus hesab etdiyi üçün azadlğa buraxıb.
“Kommersant” qəzetinin xəbərinə görə, Gürcüstanda yaşanan qarşıdurmada bir qolunu itirən Çatayev “tək qollu” mənasını verən “Odnoruki” ləqəbi ilə tanınırmış. O, Şimali Qafqazda İŞİD üçün döyüşçü də toplayıb. Hətta Moskva Dövlət Universitetinin tələbəsi Varvara Karaulovanın İŞİD-ə qoşulmasında da Çatayevin vasitəçilik etdiyi təxmin edilir.
Qeyd edək ki, iyunun 28-də Atatürk aeroportunda üç terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində 44 nəfər həalk olub, 237 nəfər yaralıb.
Türkiyə hökuməti Atatürk aeroportuna hücumun arxasında İŞİD-in dayandığını bildirib. Artıq terror hadisəsi ilə əlaqəsi olan 13 nəfər saxlanılıb. Onlardan 3-ü əcnəbidir.
Xəbəri paylaş
7028 dəfə oxunub.
Digər xəbərlər

5-04-2018, 17:26
AMEA-nın 6 aliminə 5 min manat mükafat veriləcək - SİYAHI
4-08-2015, 16:26
Bakıda sərnişini yıxan avtobus sürücüsü həbs edildi
25-07-2017, 19:37
Sumqayıt yolundakı dəhşətli qəza ilə bağlı DAHA BİR FAKTIN ÜSTÜ AÇILDI
7-07-2016, 04:05
Müğənni Cennifer Lopez atası ilə fotosunu paylaşıb
28-06-2017, 11:45
İmmuniteti gücləndirən PULSUZ VASİTƏ
11-06-2019, 11:17
Qurban bayramı nə vaxtdır?
3-09-2018, 11:54
“Müəllimə gül əvəzinə kitab alaq...”
1-08-2022, 13:42
Burda şəfa tapmaq şansı SIFIRA BƏRABƏRDİR... - ACINACAQLI MƏNZƏRƏ...
16-05-2017, 19:25
Afaq Məlikova "Şərəf" ordeni ilə təltif edildi