Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çox deyilir, az eşidilir: “Hallı sürücü” qəza törətdi… - FOTO
Tarix: 23-04-2022 | Saat: 11:54
Bölmə:Karusel / Hadisə | çapa göndər

Qəza törədən avtomobil23

Nə qədər ifşa edilsələr də, maarifləndirmə işləri aparılsa da, yenə də pis vərdişlərindən əl çəkməyən sürücülər peyda olur.
Bu dəfə narkotikin təsiri altında olan “hallı sürücü” Ağdamda qəza törədib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayon sakini Nurlan Qurbanov hətta sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər ərazisində qəza törədərək hadisə yerindən qaçıb.

Qəza nəticəsində xəsarət alan olmayıb, avtomobillərə isə ziyan dəyib.
Polis əməkdaşları N.Qurbanovun yerini müəyyən edərək onu saxlayıblar. Məlum olub ki, o, narkotik vasitə qəbul edərək sükan arxasına keçib.
N.Qurbanov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Qərara əsasən, Nurlan 30 gün müddətinə inzibati qaydada həbs edilib.
Nurlan Qurbanov




Xəbəri paylaş

4018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___