Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabah 29 dərəcə isti olacaq
Tarix: 14-05-2018 | Saat: 14:37
Bölmə:Karusel / Gündəm | çapa göndər



Sabah ölkədə gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində sabah (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 15-16 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 12-17, gündüz 24-29, dağlarda gecə 4-8, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  


Xəbəri paylaş

8178 dəfə oxunub.

Digər xəbərlər
26-08-2017, 11:25 Cəbhədən XƏBƏR VAR

bütün xəbərlər
____ Instagram ___