Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ukrayna Baş Qərargahı: "Rəqibin 9 tankı, 18 zirehli texnikası məhv edilib"
Tarix: 23-04-2022 | Saat: 11:04
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər





Rusiya Silahlı Qüvvələrinin Slobojansk və Donetsk istiqamətlərində fəallığı müşahidə olunub.
Məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.
Bildirilib ki, Rusiya Ukraynanın Skadovsk rayonunda "S-300VM” zenit kompleksinin batereyası yerləşdirib. İzyumun cənubunda rəqib hücuma keçib: "Buça şəhərində vəhşiliklərin, qətliamın törədilməsində iştirak edən 64-cü motoatıcı briqadanın taboru İzyum ərazisində artıq itki verib”.
Mariupolda "Azovstal” ərazisində Ukrayna müdafiəçilərinin mühasirəsi davam edir: "Rusiya bölgəyə havadan zərbələr endirir”.
Məlumata əsasən, Rusiyanın "Vaqner” özəl hərbi birləşməsi taqımının 200-dək şəxsi heyətinin hazırlığı başa çatıb. Onları Novobaxmutovkaya yerləşdiriblər: "Rusiya silahlıları Xerson vilayətində mövqelərini gücləndirmək istəsələr də, əhəmiyyətli sayda hərbi texnika itkisinə məruz qalırlar”.
Vurğulanıb ki, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisində rəqibin 9 tankı, 18 zirehli texnikası, 13 avtomobil texnikası və yanacaq daşıyan maşınını, 3 artilleriya sistemini sıradan çıxarıb.


Xəbəri paylaş

3848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___