Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həştərxanda məktəbə Heydər Əliyevin adı veriləcək
Tarix: 02-05-2016 | Saat: 19:52
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Həştərxanda məktəbə Heydər Əliyevin adı veriləcək
1 may tarixində Həştərxanda yerləşən 11 saylı orta məktəbin Heydər Əliyev Fondu tərəfindən tam rekonstruksiyasının 5 ili tamam olub.

"Xəbəraz.az "xəbər verir ki, bu münasibətlə məktəbdə birinci sinif şagirdlərinin valideynlərinin yığıncağı keçirilib.

1937-ci ildə tikilən məktəbin tam yenidən qurulmasında Heydər Əliyev Fondunun rolu xüsusilə vurğulanıb.

Məktəbin ərazisi iki dəfə artırılmaqla demək olar ki, yenidən tikilib. Məktəbdə akt zalı, idman zalı, yeməkxana, idman meydançaları fəaliyyət göstərir. Təşəkkür əlaməti olaraq Həştərxan şəhər rəhbərliyi ümumtəhsil məktəbinə Heydər Əliyevin adını verməyi qərara alıblar.

Qeyd edək ki, məktəb 1939-cu ildən 1944-cü ilə qədər Kirov rayonunda ən yaxşı maarifləndirmə məktəbi sayılıb. 20 sentyabr 1941 və 15 sentyabr 1942-ci il tarixləri arasında məktəbdə 4428 saylı təxliyə hospitalı yerləşib. Müharibə dövründə də məktəb uğurlu fəaliyyətini davam etdirib.

Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanın ən qədim məktəblərindən biri yeni sima əldə edib və yeni nəsil Rusiya vətəndaşlarının tərbiyə olunmasında və biliklər verilməsində yeni impuls alıb. Məktəbdə həmçinin Azərbaycan guşəsi fəaliyyət göstərir. Burada şagirdlər Odlar Yurdu barədə məlumat əldə edirlər.


Xəbəri paylaş

5828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___