Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elçin dərs zamanı niyə vəfat edib? - Məktəbdəki ölümün təfərrüatı - FOTO
Tarix: 09-04-2022 | Saat: 10:21
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər


Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda VI sinif şagirdi Bağıyev Elçin Faiq oğlu dərs zamanı dünyasını dəyişib.
V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı bəzi məlumatları əldə olunub.
Məlumata görə, 2010-cu il təvəllüdlü Elçin, tənəffüs zəngi zamanı ayağa qalxıb və birdən-birə yerə yıxılıb. Müəllimlər müdaxilə etsə də, onun nəbzinin vurmadığını müəyyənləşdiriblər. Azyaşlı dərhal xəstəxanaya aparılsa da, bu, artıq gec olub.
Yaxınlarının verdiyi məlumata görə, Elçinin daha əvvəllər də özündən getmələri olub. O, bu səbəbdən tibbi müayinədən keçib və həkim onun valideynlərinə bunun qan azlığından irəli gəldiyini deyib.
Göytəpə şəhər qəbiristanlığında dəfn olunan Elçinin 4-cü sinifdə oxuyan qardaşı var. Vəfat edən şagirdin atası dəmirçi sexində rəngsaz işləyir.

Məqaləyə dair fotomateriallar:





Xəbəri paylaş

3528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___