Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qəzada ölən qardaşlarının yasına gedən bacılar da qəzada öldü - VİDEO
Tarix: 05-05-2020 | Saat: 08:37
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər



Qəzada ölən qardaşlarının yasına gedən bacılar da qəzada öldü - VİDEO

Kürdəmirdə 4 nəfərin ölümü, 7 nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
"Xeberaz.Az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydasını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.
İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi "Nissan" markalı maşın toqquşub.
Nəticədə 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Qeyd edək ki, dəhşətli qəzada vəfat edən və yaralanan şəxslər elə dünən başqa bir qəzada vəfat edən şəxsin dəfninə gedirlərmiş.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün səhər saatlarında Kürdəmir rayonunda “Mercedes”lə “Nissan”ın toqquşduğu qəzada vəfat edənlər onun ailə üzvləri olub.
Belə ki, “Mercedes”in sürücüsü Kərimov Abbas Kərim oğlunun qardaşı Camal Kərimov dünən avtoqəzada vəfat edib. Dünən gecə saatlarında İmişli rayonunda “Kamaz” və Qazel” toqquşub, nəticədə “Qazel”in sürücüsü 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlu vəfat edib.
Maşın sıxıldığı üçün onun meyiti maşının doğranması nəticəsində çıxarılıb.
Bugünkü qəzada vəfat edən 54 yaşlı Mehparə Kərimova və 46 yaşlı Aygün Kərimova mərhum Camal Kərimovun bacıları, 12 yaşlı Qorxmaz Kərimov isə Abbas Kərimovun oğludur.
Sürücü Abbas Kərimov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Bundan başqa, “Nissan” markalı avtomobilin sürücüsü Ceyhun Piriyevin 2 yaşlı oğlu Sabir Piriyev də vəfat edib.
Xəstəxanadan “Qafqazinfo”ya bildirilib ki, xəsarət alanlardan biri Bakıya göndərilib, digər 3 nəfərin vəziyyəti ağırdır. Ümumi olaraq qəzada 7 nəfər xəsarət alıb.


Xəbəri paylaş

1 0488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___