Azərbaycanda hamilə və ya 3 yaşınadək uşağı olan anaların işdən azad edilməsi qadağandır.
Mövcud qadağa ölkə qanunvericiliyi ilə tənzimlənir.
Belə ki, hamilə və ya 3 yaşınadək uşağı olan analardan əlavə bu şəxslərin də Əmək müqaviləsinin ləğvi qadağan olunur:
Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
Əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
İşçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
Həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
Öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin;
Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
Mövzu ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən baku.ws-ə bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcələsinin 79-cu maddəsinə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsi (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi (70-ci maddənin "a" bəndi (müəssisə ləğv edildikdə) və 73-cü maddə ilə xitam verilən hallar istisna olunmaqa) qadağandır.
"Qanunverciliyə uyğun olmadan xitam verildiyi halda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürən inzibati məsuliyyətə cəlb olunur və qanun pozuntusunun aradan qaldırılması üçün müvafiq tədbir görülür, pozulmuş hüquqlarının bərpası təmin edilir", - deyə məlumatda qeyd olunur.
Azərbaycanda bu şəxslərin işdən çıxarılması qadağandır
Tarix: 07-04-2022 | Saat: 11:04
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Xəbəri paylaş
3558 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 07-04-2022 | Saat: 11:04
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
11-03-2016, 11:40
Aygün Kazımova qazancından danışdı
22-03-2015, 19:24
Gecəsi 1000 manata görüşən fahişələrin saytı kimindir?
30-10-2016, 23:01
15 yaşlı idmançı niyə vəfat etdi? - VİDEO
21-01-2019, 14:31
Şəfiqə Axundovanın anadan olmasından 95 il ötür
25-01-2018, 16:40
İcra başçısı: Bayılda sürüşmə zonasından köçürülmış sakinlərə kirayə pulu veriləcək
21-09-2019, 12:50
AAF Parkda mənşəyi bilinməyən ətə görə işçini işdən qovdular-İDDİA
18-08-2023, 20:00
Böyük Şor gölü ərazisində gizlədilmiş narkotik AŞKARLANDI
20-06-2020, 19:34
Paşinyan yenə də aciz durumda qaldı:
19-08-2015, 18:55
İtlər sadəcə qoxlayaraq xərçəng xəstəsini tapa bilir