Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
15 yaşlı idmançı niyə vəfat etdi? - VİDEO
Tarix: 30-10-2016 | Saat: 23:01
Bölmə:Karusel / Hadisə / İdman / Xəbəraz TV | çapa göndər

15 yaşlı idmançı niyə vəfat etdi? - VİDEO

Bir çox xəbər saytlarında Tərtər sakini 15 yaşlı Cəhdi Cəlal adlı yeniyetmə idmançının aldığı travmadan vəfat etməsi barədə xəbərlər yayılıb. Məlumatda iddia olunur ki, 15 yaşlı yeniyetmə Göyçayda keçirilən yarışda travma alıb ancaq müalicə olunmasına baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Ancaq məşqçisi olan Yavər Hüseynov bildirir ki, saytlarda gedən məlumatlar düzgün deyil. Cəhdi Cəlal başında soyuqlamadan sonra yaranan xəstəliyə görə dünyasını dəyişib. Yeniyetmə xəstəliyə yoluxana qədər idmanda bir sıra uğurlar da qazanıb.

"Xəbəraz.az " xezerxeber.com-a istinadən bildirir ki, bu faciəvi hadisə isə idmana gedən uşaqların sağlamlığı və məşq zamanı təhlükəsizlik qaydalarına necə nəzarət edilməsi məsələsini gündəmə gətirir. Uzun illər idman həkimi kimi fəaliyyət göstərən Seyfəddin Məmmədov bildirir ki, məşqçilər onların yanında məşqə gələn idmançıların sağlamlığı barədə tam məlumatlı olmalıdırlar. Xüsusilə ürək həcmi kiçik olan idmançılarla xüsusi davranış tələb olunur.

Bundan başqa idmançılar hər 6 aydan bir, zərurət yarandıqda isə hər 4 aydan bir dispanserdən keçməlidirlər. Bu yoxlamaların nəticələri barədə isə məşqçilərdə müfəssəl məlumat olmalıdır.

Bundan başqa məşqçilər məşq zamanı güclü və yaş fərqi olan idmançıların daha zəif və yaşı az olanlarla məşqinə xüsusi diqqətlə yanaşmalıdır ki, ciddi zədə və travma alma riski az olsun.



Xəbəri paylaş

1 0318 dəfə oxunub.

Digər xəbərlər
27-07-2017, 17:28 Dollar cüzi ucuzlaşdı

bütün xəbərlər
____ Instagram ___