Adil Hüseynovun həbs müddəti uzadılıb
Tarix: 21-08-2015 | Saat: 13:40
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Nərimanov rayon Məhkəməsində Azərbaycan Beynəlxalq Bankın Dubay filialının həbsdə olan müdiri Adil Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
Bu barədə APA-ya məlumat verən A. Hüseynovun vəkili Kamandar Nəsibov deyib ki, məhkəmə həbs-qətimkan tədbirinin müddətinin 3 ay uzadılması barədə qərar qəbul edib.
K. Nəsibov bildirib ki, Azərbaycan Beynəlxalq Bankı ilə bağlı həbs olunan digər şəxslərin də barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb: “Adil Hüseynovdan başqa bir neçə nəfərin də həbs müddəti uzadılıb, bir neçə nəfərin həbs müddəti isə yaxın günlərdə uzadılacaq”.
Vəkil onu da bildirib ki, Adil Hüseynovla bağlı indiyə kimi hər hansı istintaq hərəkəti həyata keçirilməyib: “O, ifadə verməyib, hər hansı üzləşmə həyata keçirilməyib. Mən məhkəmədə çıxışım zamanı da bunları bildirdim. Həbs müddətinin uzadılması barədə qərardan isə apellyasiya şikayəti veriləcək ”.
Qeyd edək ki, A. Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi ittiham elan olunub. Nərimanov Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.
A. Hüseynov mərhum polis polkovniki Fətulla Hüseynovun oğludur. F. Hüseynov Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun dəstəsi tərəfindən öldürülüb.
Xəbəri paylaş
6228 dəfə oxunub.
Digər xəbərlər

19-01-2017, 14:32
Cennifer Lopez və digər məşhur qadınlar göz oxşadılar - fotolar
7-02-2016, 23:39
PKK-çıdan şok etiraf: “Qızlar vasitəsilə döyüşçüləri...”
22-06-2020, 18:39
İki TIR toqquşdu: yaralı var - FOTO
12-11-2015, 00:01
Qadın sinəsi haqda 7 maraqlı məlumat
11-09-2015, 03:31
PKK Türkiyenin 2 polisini yaraladı
17-03-2016, 13:23
Bakıda kişi boğazını kəsdi
16-09-2023, 16:45
"Telegram"dan "Whatsapp"a mesaj yazmaq mümkün olacaq
10-06-2016, 19:30
Deputatlarımız NATO-nun tədbirinə gedir
12-02-2019, 14:29
Toppuş bacı boşanıb?