Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumata verilib.
Zərərçəkən Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət edərək evdən televizor və digər məişət əşyalarının oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə müraciət edən həmin qəsəbədə yaşayan daha 2 sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən məişət əşyalarının oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən edilib.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov və Zaur Əliyev saxlanılıblar. Onlar izahatlarında etdikləri oğurluqları etiraf ediblər. Araşdırmalar zamanı dəstə üzvlərinin Sabunçu rayonunda daha 3 evdən oğurluq etdikləri müəyyən edilib.
Qeyd edək ki, Qurban Məhərrəmov və Zaur Əliyev evlədən oğurladıqları televizorları tanışları Müşfiq Həmidovun köməkliyi ilə onlayn alış-veriş saytlarına yerləşdiriblər. Orada həmin əşyaları sataraq əldə etdikləri pulu aralarında bölüblər. Müşfiq Həmidov da polislər tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Faktlarla bağlı 23-cü Polis Bölməsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir. Saxlanılanların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanına, habelə DİN-in "102" Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Oğurladıqları televizorları onlayn alış-veriş saytlarında satdılar - VİDEO - FOTO
Tarix: 19-03-2022 | Saat: 14:10
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
2858 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-03-2022 | Saat: 14:10
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Məqaləyə dair fotomateriallar:
Xəbəri paylaş
Digər xəbərlər
1-03-2016, 12:26
İrina Şeyk çarpayıdakı fotosunu paylaşdı - FOTO
25-12-2016, 20:43
Bakıda 2 il öncə salınan parkda indi mal-qara otarılır - VİDEO
29-04-2018, 15:17
Anarın dəyişdiyi Nərmin-"Makiyaj olunanda mənə dedilər ki..."
25-05-2017, 15:01
Evlilik verlişində iştirak edən Nazın əsl adı
11-07-2015, 20:31
PayPoint oğrularına bəd xəbər - VİDEO
21-08-2016, 09:37
Minlərlə timsah turistlərə hücum edir – VİDEO
5-08-2017, 10:45
Türkmənistan prezidenti Azərbaycana gəlir
18-08-2017, 22:36
Keçmiş televiziya sahibinin oğlu faciəvi şəkildə öldü - AZƏRBAYCANDA
16-05-2021, 08:26
Yük maşını qəza törətdi - 60 ev qazsız qaldı