Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
PayPoint oğrularına bəd xəbər - VİDEO
Tarix: 11-07-2015 | Saat: 20:31
Bölmə:Karusel / Dünya / M2 / Xəbəraz TV | çapa göndər

PayPoint oğrularına bəd xəbər - VİDEO
“İnkasator prosesi tez-tez həyata keçirilir”.

Ödəmə terminallarının təhlükəsizliyini təmin etmək üçün yeni sistem tətbiq olunur. Bu vasitə ilə aparatların oğurlanmasının qarşısı alınır. Yenilik sayəsində artıq bir çox oğurluq hadisələrinin qarşısı alınıb.

Xeberaz.az xəbər verir ki, ANS TV-nin məlumatına görə, son zamanlar paytaxtda ödəmə terminallarının qarət edilməsi faktları tez-tez baş verir. Bir sıra hallarda PayPointlərin oğurlanması uğurla həyata keçirilir, bəzən isə oğrular öz məqsədlərinə çata bilmirlər.

Terminallar qurulandan bu günə qədər 30-a yaxın belə fakt qeydə alınıb. Bütün hallarda ortaya ödəmə terminallarının təhlükəsizliyi məsələsi çıxır.

“Milli ön” ödəniş sistemlərinin əməkdaşı Ülviyyə Əfəndiyeva terminalların təhlükəsizliyini artırmaq məqsədilə yeni sistemin tətbiq olunduğunu deyir. Bu sistem terminallara siqnalizasiyanın quraşdırılmasından ibarətdir:

“Terminala müdaxilə edilən zaman siqnalizasiya dərhal işə düşür. Bu sistem terminalın daxilində quraşdırılıb”.

Siqnalizasiya vasitəsilə müdaxilə olunan terminalın ünvanı bilinir. Bu isə öz növbəsində terminalın yerləşdiyi əraziyə tez bir zamanda yaxın mühafizə polisi əməkdaşlarının cəlb olunmasını təmin edir.

“Çalışırıq ki, terminallarda az miqdarda pul saxlayaq. Bu səbəbdən də inkasator prosesi tez-tez həyata keçirilir. Nəticədə terminallarda minimum məbləğdə pul saxlanıla bilər”, – deyə Ülviyyə Əfəndiyeva vurğulayıb.

Qeyd edək ki, siqnalizasiya sisteminin tətbiqi nəticəsində artıq bir neçə oğurluq hadisəsinin qarşısını almaq mümkün olub.


Xəbəri paylaş

6178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___