İŞİD-ə qoşulan azərbaycanlı ailəsi...
Tarix: 21-08-2015 | Saat: 12:53
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Ailənin başçısı yenə də işləmək üçün Rusiyaya gedib.
İŞİD-ə qoşulan azərbaycanlı ailəsi ilə bağlı heç bir məlumat yoxdur.
Xeberaz.az xəbər verir ki, bu barədə AzNews.az-a Şəki şəhər Daşüz bələdiyyəsindən məlumat verilib.
Məlumata görə, doqquz ay keçməsinə baxmayaraq Məmmədova Elnurə Beydullah qızı və üç uşağından kənd sakinləri hec bir məlumat ala bilmir. Ailənin başçısı isə yenə də işləmək üçün Rusiyaya gedib.
Qeyd edək ki, bu ilin yanvarında Şəki şəhər Daşüz kənd sakini İbrahim Məmmədov bildirmişdi ki, həyat yoldaşı qayınanası - Şaxbanova Qənirə Sədi qızı, bacanağı - Alxasov Daşqın Abid oğlu və baldızı - Alxasova Bahar Beydullah qızı ilə birgə üç uşağını da götürüb Suriyaya gedib. Onlar ötən il dekabrın 23-də Balakən rayonu ərazisindən ölkə sərhəddini keçərək Gürcüstana, oradan isə Türkiyə vasitəsi ilə Suriyaya keçiblər. Bundan əvvəl isə Məmmədova Elnurə Beydullah qızının iki qardaşı Suriyaya gedibmiş.
Belə ki, Sahib Şabanov Suriyada döyüşlərdə iştirak edirmiş. Sonradan isə o, öz qardaşları Tahir Şabanovla, Rövşən Şabanovu da özü ilə Suriyaya aparıb. Elnurə Məmmədova gedərkən apardığı böyük qızı - Məmmədova Günay İbrahim qızının 15, kiçik qızı – Məmmədova Ülkər İbrahim qızının 12, oğlu – Məmmədov Rüstəm İbrahim oğlunun isə 13 yaşı var idi.
Onu da bildirək ki, İbrahim Məmmədovla əlaqə saxlamaq istəsək də, telefonları bağlı oldu.
Xəbəri paylaş
6298 dəfə oxunub.
Digər xəbərlər

10-07-2016, 00:14
Yay aylarında üzün dərisinə qulluq
20-06-2018, 23:38
Daha bir rayonda pambıq sahəsində zəhərlənmə - 24 nəfər xəstəxanaya aparıldı, aralarında azyaşlılar da var
7-05-2015, 15:27
2015-ci ilin aprel ayında 2243 nəfər əcnəbi Azərbaycandan çıxarılıb.
18-07-2018, 16:19
ABŞ türk dövlətinə də rüsum tətbiqinə hazırlaşır
15-08-2017, 12:16
Quranda adı çəkilən yeganə ədviyyat
19-10-2016, 17:24
Son dəqiqə: Türkiyəyə mərmi atdılar - Yaralılar var
14-04-2022, 00:50
DUET ORTAĞI İLƏ BİRGƏ "VƏFASİZ YARIM" ADLI MAHNI OXUDULAR
5-07-2017, 11:22
Ermənilərin qətlə yetirdiyi Zəhra və nənəsi - Foto
30-05-2022, 13:33
Bu ölkədə avtomobillərin yuyulması qadağan edildi
9-11-2017, 13:46
Trampla Putin görüşəcəyi vaxt məlum olub