Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda qapalı məkanlarda maska tələbi ləğv olunacaq? - AÇIQLAMA
Tarix: 09-03-2022 | Saat: 08:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda qapalı məkanlarda maska tələbi ləğv olunacaq?



Martın 6-dan etibarən Azərbaycanda karantin rejimi yumşaldılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı müvafiq qərar qəbul edib. Lakin yumuşaldılmalarla yanaşı, qapalı məkanlarda tibbi maskadan məcburi istifadə və COVID-19 pasportu ilə bağlı tələb saxlnılıb ki, bu da vətəndaşlar arasında birmənalı qarşılanmayıb.
Sosial şəbəkərdə də apardığımız müşahidələr onu göstərir ki, insanların böyük bir qismi karantinin rejiminin yumşaldılmasına sevinməklə yanaşı, həm də qapalı məkanlarda maska və COVID-19 pasportu qadağasının ləğv olunmamasını xoş qarşılamayıblar.
Həkim-radioloq Aydın Əliyev də "Xəzər Xəbər"ə açıqlamasında maskanın ləğvini tələb edən vətəndaşlara dəstəyini ifadə edib.
Onun fikrincə də, tibbi maska ilə bağlı qadağa ləğv olunmalıdır. Bundan əlavə, Aydın Əliyev maska qadağası ilə bağlı dünya təcrübəsini misal çəkib. O, Operativ Qərargahı maska qadağasını ləğv etməyə çağırıb.
Qeyd edək ki, yumşaldılma ilə əlaqədar qərara əsasən, dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna, dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə, bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, masaj xidmətlərinin göstərilməsinə və sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə icazə verilib.



Xəbəri paylaş

3838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___