Təzə paltarları geyinmədən öncə mütləq yuyun. İnanılmaz təhlükə!
Tarix: 04-03-2022 | Saat: 09:53
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Xəbəri paylaş
4158 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-03-2022 | Saat: 09:53
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Kolumbiya Universiteti Tibb mərkəzinin professoru dermatoloq Donald Belsito dükanlardan və s. yerlərdən alınmış təzə paltarı evə gətirən kimi dərhal yumağı tövsiyə edir.
Təzə paltarlara gözəl, ütülənmiş görünüş vermək üçün xüsusi kimyəvi maddələr istifadə olunur ki, bu maddələr səpgilərə, qaşınmaya və digər allergik reaksiyalara səbəb ola bilər.
Dermatitlərin müalicəsi ilə məşğul olan professorun sözlərinə görə, formaldegid qətranı xüsusilə təhlükəlidir. Bu maddə təzə paltarlarda olan büküşləri açmaq və paltarları kifdən qorumaq üçün istifadə olunur. Bu maddə də dərinin qıcıqlanmasına və allergik reaksiyalara səbəb olur. Bəzi mütəxəssislər bu maddəni kanserogen (xərçəng əmələ gətirən) hesab edirlər.
Parçaların boyanması üçün istifadə olunan boyalar da təhlükə mənbəyi sayılır. Bir çox sintetik parçalar azo-anilin boyalarla boyanır ki, bu boyalar allergiyadan əziyyət çəkən insanlarda kəskin allergik reaksiyalara səbəb ola bilər.
Bu səbəbdən mütəxəssislər belə parçalardan hazırlanmış paltarları zərərsizləşdirmək üçün aldıqdan sonra bir dəfə deyil, hətta 2 dəfə yumağı tövsiyə edirlər.
Bundan əlavə ekspertlər xəbərdarlıq edir ki, dükanlarda satılan paltarlarda bakteriyalar, mikroblar və hətta həşəratlar və onların yumurtaları ola bilər.
Beləliklə, dükandan alınan istənilən paltarı geyinmədən öncə mütləq yumaq lazımdır.
Xəbəri paylaş
Digər xəbərlər
8-03-2016, 14:51
Sumqayıtda yol qəzası - ölən var
9-07-2017, 16:56
Ermənilərdən DAHA BİR TƏXRİBAT: Taxıl zəmisini yandırdılar
8-06-2017, 20:28
Atası ilə barışmaq üçün ilk addımı atdı - Foto
6-12-2021, 10:41
Ucarda 11 yaşlı oğlanın qardaşını öldürməsinin TƏFƏRRÜATI - VİDEO
28-11-2018, 12:59
Paşinyan Azərbaycan SƏRHƏDİNƏ GƏLDİ
19-08-2015, 19:20
İlham Zəkiyevə “Qurani-Kərim” təqdim edildi
8-12-2015, 22:02
Fuad Qəhrəmanlı İstintaq İdarəsinə aparılıb
11-07-2018, 19:24
Məşhur “kedicik” hovuz başında tutuldu - Fotolar
25-02-2021, 11:18
Vilayət Eyvazov polkovnikə yeni VƏZİFƏ VERDİ