Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Zəkiyevə “Qurani-Kərim” təqdim edildi
Tarix: 19-08-2015 | Saat: 19:20
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər

İlham Zəkiyevə  “Qurani-Kərim” təqdim edildi
Mübariz Qurbanlı idmançı ilə görüşüb.

Avqustun 19-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın paralimpiyaçı cüdoçusu, ikiqat Paralimpiya, beşqat Avropa və dünya çempionu, I Avropa Oyunlarının qızıl medalçısı İlham Zəkiyevlə görüşüb.

Azərbaycanda keçirilən I Avropa Oyunlarının xalqımız üçün qürurverici hadisə olduğunu, Azərbaycanın sözün həqiqi mənasında Avropa Oyunlarının standartlarını müəyyənləşdirdiyini deyən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mötəbər yarışla bir daha dünyaya gücümüzü göstərdiyimizi bildirib.

İdmana diqqət və qayğının dövlət siyasəti olduğunu deyən Komitə sədri ölkə başçısı İlham Əliyevin idmanın maddi-texniki bazasının gücləndirilməsi, eləcə də idmançıların dövlətin xüsusi qayğısı ilə əhatə olunmaları, istedadlı idmançıların potensial imkanlarının inkişafı üçün daima geniş imkanlar yaratdığını bildirib.

Mübariz Qurbanlı qeyd edib ki, İlham Zəkiyevin həm döyüşçü, həm də idmançı kimi keçdiyi şərəfli yol hər bir gənc üçün nümunə və qürur mənbəyidir.

Dövlət Komitəsinin sədri İlham Zəkiyevə prezident İlham Əliyevin göstərişinə əsasən dini kitabların çapı üçün ayrılmış vəsait hesabına Azərbaycanda ilk dəfə gözdən əlil insanlar üçün brayl əlifbası ilə nəşr edilən “Qurani-Kərim” hədiyyə edib və idmançıya 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarında uğurlar arzulayıb.

İlham Zəkiyev diqqətə və hədiyyəyə görə təşəkkürünü bildirib. O, qeyd edib ki, brayl əlifbası ilə nəşr olunmuş “Qurani-Kərim” onun aldığı ən qiymətli hədiyyələrdən biridir. İlham Zəkiyev növbəti Olimpiya Oyunlarına hazırlaşdığını və Azərbaycan bayrağını ucaltmaqdan şərəf duyduğunu deyib.

Görüşdə Dövlət Komitəsinin sədr müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılov iştirak ediblər.


Xəbəri paylaş

5568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___