Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zelenski dünyaya səsləndi: Putin dövlətimizi məhv etmək istəyir, ona qarşı...
Tarix: 24-02-2022 | Saat: 16:42
Bölmə:Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Aktual | çapa göndər


Ukrayna Prezidenti Vladimir Zelenski dünya liderlərini Putinə qarşı bütün mümkün sanksiyalardan istifadə etməyə çağırıb.
"Xeberaz.Az" xəbər verir ki, Zelenski bunu ukraynalılara müraciətində deyib.
"Hər saat aktual və etibarlı məlumat verəcəyəm. İndi bizə təkcə bombalar deyil, saxtakarlar da hücum edir. Rəsmi mənbələrdən həqiqəti öyrənmək vacibdir. Bu gün Rusiya Ukraynanın işğalına başlayıb. Onlar dövlətimizi məhv etmək istəyirlər" - V.Zelenski deyib.
Ukrayna lideri orduya da müraciət edib: "Biz Silahlı Qüvvələrin bütün gücünü bilirik. Siz cəsarətlisiniz, mətanətlisiniz, çünki siz ukraynalısınız. Torpağımızda olan hər bir ukraynalıya müraciət edirəm. Biz panikaya düşmürük, Silahlı Qüvvələrə dəstək olmaq üçün lazım olan hər şeyi edirik. Mən indi bütün ukraynalılara müraciət edirəm: "Bizim dəstəyinizə ehtiyacımız var, siz qüdrətli qüvvəsiniz. Siz vahid qüvvəsiniz və bunu dəfələrlə sübut etmisiniz. İndi sizə çox ehtiyacımız var".
Zelenski artıq Bayden və Conson, Mişel, Duda və Nauseda ilə danışıqlar apardığını bildirib.
"Biz anti-Putin koalisiyası yaratmağa başlayırıq. Mən artıq dünya liderlərini Putinə qarşı bütün mümkün sanksiyalardan istifadə etməyə çağırmışam. Eyni zamanda genişmiqyaslı müdafiə dəstəyini işə salmaq, Ukrayna üzərində hava məkanını işğalçının üzünə bağlamaq üçün onları dəstək olmağa səsləyirəm" - Zelenski bildirib.
TEQLƏRVLADİMİR ZELENSKİUKRAYNARUSİYAMÜHARİBƏHÜCUM


Xəbəri paylaş

3688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___