Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bəhram Bağırzadə ailə üzvləri ilə telefonla danışdı
Tarix: 18-07-2020 | Saat: 13:45
Bölmə:Bütün xəbərlər / Karusel / Özünü Tanıd / Gündəm / Səhiyyə / Foto-fakt | çapa göndər

Bəhram Bağırzadə ailə üzvləri ilə telefonla danışdı

“Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Səhhəti stabildir və xəstə bir neçə gündür spontan tənəffüsdədir”.
"Xeberaz.Az" ın məlumatına görə, bu fikirləri “Report"a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
O bildirib ki, bu gündən başlayaraq tənəffüsün fizioloji yolla, yəni burun və ağızdan alınması yoxlanılacaq: “Bir neçə dəfə yoxlamalar aparıldıqdan sonra süni tənəffüz aparatını çıxarmaq mümkün olacaq. Xəstə üzərində fizioterapektiv müalicə aparılır. O aktivdir, hətta ayağa qalxır. Bu gün səhər ailə üzvləri ilə telefonla danışıb”. 
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. Iyulun 2-də ECMO-dan ayrılıb.
B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.


Xəbəri paylaş

7298 dəfə oxunub.

Digər xəbərlər
15-05-2015, 16:56 Qızılın Qiyməti artdı

bütün xəbərlər
____ Instagram ___