Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Adnan Oktarla evlənən qadınlardan dəhşətli etiraflar: 16 yaşlı qızları ...
Tarix: 15-02-2022 | Saat: 16:47
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər





Adnan Oktardan qaçan qadınlar danışdı: "Narkozdan istifadə etmədən burnumu əməliyyat etdirməyə məcbur oldum”. Adnan Oktarın qruplaşmasından qaçan şəxslər İngiltərənin "The Times” qəzetinə açıqlamalar verib. Zərərçəkmişlərdən biri Adnan Oktarın onları plastik əməliyyat etdirməyə məcbur etdiyini bildirərkən "20 yaşımda narkozsuz burun əməliyyatı etdirməyə məcbur oldum”, deyib. Qrupdan qaçanlar da yaşadıqları cinsi zorakılıqlardan danışıblar. Bəzilərinin Adnan Oktarla "imam nikahı” bağladığı bildirilən "pişiklər” adlı qrupun cinsi istismara və təcavüzə məruz qaldığı ortaya çıxıb. Qrupdan Seda İşıldar adlı qızın veridiyi açıqlamada 16 yaşında ikən məzhəb lideri tərəfindən cinsi istismara məruz qaldığını, 20 yaşında isə ümumi narkoz olmadan plastik əməliyyat etdirməyə məcbur edildiyini bildirib. 2006-cı ildə 24 yaşında Adnan Oktarın qruplaşmasına qatılan digər Ceylan Özgül adlı qız isə bildirib ki, qrupla yaşamaq həbsxanada yaşamaq kimi bir şeydir. Özgül məcbur narkoz olmadan burun əməliyyatı keçirdiyini də bildirərək bu vəziyyətə görə hələ də travma keçirdiyini bildirib: "Hələ də çəkicin burnuma dəydiyini xatırlayıram”. Digər tərəfdən "Aslanlar” kimi tanınan qrupun kişi üzvülərindən Şahin adlı şəxs açıqlamasında qrupa daha çox qadın cəlb etmək vəzifəsinin onlara verildiyini deyib. Oktarın sayəsində dəbdəbəli geyimlər geyinən və görünüşünə diqqət yetirən Şahin qısa zamanda qadınların "yeminə” çevrilib. Qeyd edək ki, yanvar ayında Adnan Oktar zorlama, uşaq istismarı, casusluq və şantaj kimi bir sıra ittihamlarla 1045 il həbs cəzasına məhkum edilib. Lakin 64 yaşlı Oktar bütün ittihamları rədd edərək apellyasiya şikayəti verəcəyini bildirib. O, Oktarın 30 yaşında ikən onu zorla evləndirdiyini, düz 8 ildən sonra qaçıb Kanadaya köçdüyünü bildirib. 2018-ci ildə Adnan Oktarın qruplaşmasına qarşı aparılan istintaq çərçivəsində İstanbul və digər şəhərlərdə onun mülklərinə polis basqınları həyata keçirilib, Adnan Oktar Cinayət Təşkilatı ilə əlaqəsi məlum olan 171 nəfər həbs edilib. 


Xəbəri paylaş

4098 dəfə oxunub.

Digər xəbərlər
14-11-2015, 13:31 İnanılmaz 15 FOTO

bütün xəbərlər
____ Instagram ___