Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aqil Acalov :"93 il əvvəl, məhz bu gün bütün imkansızlıqlara baxmayaraq, türklər tarix yazdı"
Tarix: 29-10-2016 | Saat: 20:39
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Aqil Acalov :"93 il əvvəl, məhz bu gün bütün imkansızlıqlara baxmayaraq, türklər tarix yazdı"

Türkiyə Respublikasının yaranmasının 93-cü ildönümü ilə bağlı Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov "Xəbəraz.az-a " açıqlama verərək bu ölkənin sevincini öz sevinci, kədərini öz kədəri bilən hər kəsi təbrik edib: "93 il əvvəl, məhz bu gün bütün imkansızlıqlara baxmayaraq, türklər tarix yazdı, böyük zəfərin meyvəsi olan Türkiyə Cümhuriyyətini yaratdılar. Azadlığından, qürurundan vaz keçməyən türklər bu gün də müstəqil Türkiyə ilə bütün dünyaya öz iradələrini, güclərini diqtə edirlər".
Federasiya prezidenti Türkiyə Cümhuriyyətini quran milli mübarizə qəhrəmanlarını, başda öndər Qazi Mustafa Kamal Atatürk olmaqla hörmət və rəhmətlə xatırlayıb: "Osmanlı İmperatorluğunun Birinci Dünya Müharibəsində məğlub olması və torpaqların qalib dövlətlər arasında bölünməsi ötən əsrin əvvəllərində türklər üçün çətin vəziyyət yaratmışdı. Hər şeyin bitdiyinin düşünüldüyü bir vaxtda Qazi Mustafa Kamal Atatürk kimi bir qəhrəman sərkərdə çıxdı və milli gücləri öz baş komandanlığında birləşdirərək Qurtuluş Savaşına başladı. Türkiyə Cümhuriyyətini yaratdı, tarix yazdı".


Xəbəri paylaş

7768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___