Lavrov: “Mən hər şeyi yeyə bilərəm…”
Tarix: 02-06-2016 | Saat: 15:33
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Rusiyanın xarici siyasətinə 12 ildir istiqamət verən Xarici İşlər naziri Sergey Lavrov şəxsi həyatından danışıb.
"Xəbəraz.az " xəbər verir ki, “Komsomolskaya Pravda” qəzetinə müsahibə verən 66 yaşlı təcrübəli siyasətçi ən pis vərdişinin siqaretə alüdəçilik olduğunu deyib.
“Xarici İşlər Nazirliyinin binasında siqaret çəkmirəm. Rusiya qanunlarını poza bilmərəm. Amma məncə, qanunlar Avropa ilə müqayisədə çox irəli gedib. Əslində, siqaret çəkməyənləri narahat etməmək şərti ilə yeni qaydalar tətbiq oluna bilər”.
Tez-tez səfərlərdə olan Lavrov olduğu ölkənin zaman diliminə görə hərəkət etdiyini deyib:
“Gecələri yatıram. Hər zaman olduğum ölkənin zamanına görə yaşamağa çalışıram”.
Getdiyi ölkələrin milli yeməkləri ilə maraqlandığını deyən Lavrov bundan xüsusi zövq aldığını gizlətməyib:
“Bir ölkəyə getdiyinizdə mütləq yerli yeməkləri dadmalısınız. Bura Çin, Yaponiya və ya İtaliya da ola bilər. Mənə gəldikdə isə, hər şeyi yeyə bilərəm”.
Lavrov haqqında bilinməyən xüsusiyyətlərdən biri də Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun marşının müəllifi olmasıdır. Dediyinə görə, o, lap uşaq yaşlarından şer yazırmış. Ancaq bu məşğuliyyəti zamanla buraxmaq məcburiyyətində qalıb.
Lavrov boş vaxtlarında idmanla da məşğul olduğunu deyib. “Spartak Moskva” fanatı olan siyasətçi raftinq idman növünə də böyük maraq göstərdiyini deyib.
Rusiya xarici işlər naziri ilə bağlı başqa bir maraqlı məlumat isə budur: 2003-cü ildə Nyu Yorkda BMT binasının kafe və restoranlarında siqaret çəkilməsi baş katib Kofi Annan tərəfindən qadağan olunmuşdu. Həmin dövrdə Rusiyanın BMT-dəki daimi nümayəndəsi olan Lavrov “İzvestiya” qəzetinə müsahibəsində, “BMT binası bütün üzv ölkələrə aiddir. Baş katib isə yalnız kirayə tutulan bir müdirdir”, - demişdi.
Xəbəri paylaş
7648 dəfə oxunub.
Digər xəbərlər

4-10-2015, 11:40
Azərbaycanda banklar xərclərini azaldır
18-06-2017, 14:40
Bakı metrosunda DƏHŞƏT: Qatarın altında qalıb öldü
26-04-2021, 23:38
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
19-10-2016, 13:02
İqtisadiyyat “Azərbaycan Dəmir Yolları”QSC yük vaqonlarına nəzarəti gücləndirməlidir
22-08-2017, 20:17
Prokuror Gündüz Məmmədov “Krımnaş”ı tutmaq istəyir
15-05-2016, 22:36
Daha bir silahlı məhv edildi – Dərbənddə
19-05-2016, 11:55
Azərbaycan hərbi xərclərini artırdı - Büdcə
30-06-2015, 11:38
Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsi Türkiyə mediasının diqqət mərkəzində-Foto
5-10-2015, 13:40
Qaxda kişini ölümdən son anda qızı xilas etdi
12-05-2016, 17:08
Qondarma rejim: “Tiflisin revanşından qorxuruq”