Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Doğuşdan sonra həyatını itirən 15 yaşlı qızla bağlı YENİ XƏBƏR - Pandemiyada gizli evləniblərmiş...
Tarix: 10-02-2022 | Saat: 12:02
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Doğuşdan sonra həyatını itirən 15 yaşlı qızla bağlı YENİ XƏBƏR 


Ötən gün Bakıda adı açıqlanmayan 15 yaşlı hamilə yeniyetmə doğuşdan sonra vəfat edib. Binə qəsəbəsində yaşayan Lənkəran rayon sakini 2006-cı il təvəllüdlü qız bətnindəki dölü ölü dünyaya gətirdikdən qısa müddət sonra dünyasını dəyişib.
Məhkəmə-tibbi ekspertin iştirakı ilə meyitlərə baxış keçirilərkən meyitlərin bədən səthi üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
Hazırda adiyyəti üzrə Xəzər rayon Polis İdarəsində 15 yaşlı qızın əri hesab edilən 1993-cü il təvəllüdlü Hadıyev Mayıl cinayət qanunvericiliyinə uyğun olaraq təqsirləndirilən şəxs qismində Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə istintaqa cəlb edilib. Onun barəsində məhkəmə tərəfindən başqa yerə getməmək, polisin nəzarətinə verilmə tədbiri seçilib ki, istintaq hərəkətləri davam etdirilsin.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, M.Hadıyev ilkin ifadəsində ər-arvad münasibətlərində olduğunu və pandemiya dövründə gizli toy mərasimi təşkil edildyini deyib:
"Böyüklər arasında 15 yaşlı qızla M.Hadıyev qeyri-rəsmi nikahına daxil ediliblər. Bakı şəhəri icra hakimiyyətinin qeyri-rəsmi nikahdan məlumatı olmayıb. Hər iki tərəf dövlətin müvafiq qurumlarından bunu gizlədiblər".
Qeyd edək ki, 15 yaşlı qızın ölümü ilə bağlı valideynlərinin də məsuliyyətlərinin olması üzə çıxır. DİN rəsmisi əlavə edib ki, istintaq hərəkətləri ilə ağır nəticəyə rəvac verən hadisənin təfərrüatları araşdırılacaq: "Hazırda dünyasını dəyişən yeniyetmənin yas mərasimi ərəfəsində olduqlarına görə istintaq zərərçəkmiş tərəf istintaqa çağırılmayıb. Lakin bir müddət sonra onlar istintaqa çağırılacaqlar. Valideynlərin məsuliyyəti istintaqın gedişatından asılı olacaq. Bu ailə Bakı şəhərində Mayıl Hadiyevin qayınanası hesab olunan şəxsin evində yaşayıblar. Hadisə də həmin evdən başlayıb".








Xəbəri paylaş

3708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___