Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi avtomobil yollarında özbaşına sədlər quran şəxslərə xəbərdarlıq edib.
İdarənin baş inspektoru Araz Əsgərli bildirib ki, paytaxtın bir sıra yollarında, həmçinin parkinq üçün ayrılan yerlər bəzən qeyri-qanuni şəkildə zəbt edilir.
Onun sözlərinə görə, avtomobil yollarının hərəkət hissəsində sədlərin quraşdırılması qadağandır: "Bu, şəhər nəqliyyatında hərəkət iştirakçılarının və sürücülərin haqlı narazılığına səbəb olur. Küçələrdə piyada və sürücülərin hərəkətinin məhdudlaşdırmağa yönələn addımlar, yəni şlaqbaumların qurulması, süni maneələrin yaradılması və ya sədlərin qurulması yolverilməzdir.
Məlumat üçün bildirim ki, avtomobil yollarının hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və ya nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, eləcə də avtomobillərin və piyadaların hərəkətinə süni maneələrin yaradılması inzibati məsuliyyət yaradır. Belə olan halda fiziki şəxslər 80 manatdan 100 manata qədər, vəzifəli şəxslər 400 manatdan 500 manata qədər, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manata qədər cərimə oluna bilərlər".
"Paytaxtın küçə və prospektlərində hərəkətin sıxlığını nəzərə almaqla, belə məsuliyyətsiz davranışlara şəxsi marağı üçün yol vermək olmaz. Kiminsə yolunu kəsmək, onların hərkətinə maneə yaratmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır. Yol kəsməklə kiminsə həyatını çətinləşdirmək əvəzinə yolların keçiriciliyini artırıb ictimai məsuliyyətliliyi təbliğ eləmək cəmiyyət olaraq bizə üstünlük gətirər! Bir daha hər kəsdən məsuliyyətli olmağı tələb edirik", - DYP rəsmisi bildirib.
Şlaqbaum quranlar 80 manat cərimələnək
Tarix: 11-01-2022 | Saat: 11:33
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
Xəbəri paylaş
3838 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-01-2022 | Saat: 11:33
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
18-08-2015, 17:52
SOCAR-da dar və qısa geyinmək olmaz - Fotolar + Qaydalar
4-10-2016, 16:10
Nadir Qafarzadə boşanma mövzusuna nöqtə qoydu: “Əzizlərim” – VİDEO
19-08-2018, 12:19
Aysel çimərlik geyimində fotokamera qarşısına keçdi - Fotolar
24-04-2018, 10:39
Hüseyn Abdullayev hardadır? – Vəkili açıqladı
9-11-2015, 13:20
Ruhi xəstələr: onların da hüquqları var - REPORTAJ
20-05-2015, 14:49
baş vermiş güclü yanğın zamanı polis əməkdaşı xəsarət alıb.
8-08-2015, 12:50
Aparıcı əri haqda: “Məni yumruqla döydü”
10-01-2023, 11:50
Bu saatdan Bakıya güclü QAR YAĞACAQ - 2 dərəcə şaxta
9-11-2015, 12:49
Sevdiyi qadına görə özünü dənizə atdı - BULVARDA