Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elza Seyidcahan cüdoçu sevgilisindən danışdı:"O vaxt elçi gəlsəydi uça-uça gedərdim" - VİDEO
Tarix: 28-12-2021 | Saat: 08:27
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər


ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub.

Xeberaz.Az xəbər verir ki, Əməkdar artist ilk sevgilisindən danışıb, xatirələrini bölüşüb:

"Orta məktəbdə oxuduğum zamanlarda Cavid Ağaverdiyev adlı parta yoldaşım vardı. Cüdo ilə məşğul olurdu. Zəngin ailənin oğlu idi. Bir gün məktəbdə bir oğlan mənə söz atmışdı, Cavid onu döymüşdü. Biz məktəbi bitirəndə küsülü ayrıldıq. O, əsgərliyə getdi, mən evləndim. Bacısı Arzu ilə münasibətimiz yaxşı idi, əlaqəmiz vardı. Arzu Cavidə zəng vurub deyib ki, Elza ərə gedib. Cavid də deyib ki, dostum etibarsız çıxdı. Bacısı da başa düşüb ki, qardaşı məni sevirmiş. Cavid tarix fakultəsini bitirdi, lakin həyat onu elə bir sınağa çəkdi ki, həbsxanaya düşdü. Fəxr edirəm ki, onun kimi sinif yoldaşım olub. Onu çox sevirəm. O vaxt elçi gəlsəydi uça-uça gedərdim. Həbsxanadan çıxdıqdan sonra yanına getdim. Söhbət etdik. Sonradan bacısı Arzu ilə danışanda dedim ki, mən Cavidə deməyə utandım. Sən ona de, həkimlə danışım, dişlərini düzəltdirək. Cavid razılaşmışdı".

Sənətçinin sinif yoldaşı Cavid də Elza Seyidcahanla bağlı fikirlərini bildirib:

"Elza xanım mənim ilk məhəbbətim olub. Onu sevdiyimi onun üzünə deyə bilməmişəm. Elza xanım mənim gizli məhəbbətim olub".



Xəbəri paylaş

5198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___