Xoşqədəm Hidayətqızı afrikalı uşağı övladlığa götürmək arzusundan danışdı
Tarix: 22-12-2021 | Saat: 15:32
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Afrikaya getmək çoxdankı arzum idi. Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu düşünmürdüm. Təsəvvür edin ki, orada hər gün nə qədər uşaq susuzluqdan ölür. Biz Afrikada “ağıllı kənd” layihəsini bir kənd üçün düşünmüşük. Orada səkkiz su quyusu qazılacaq və kənd elektrik enerjisi ilə təmin ediləcək”.
Bunu “Diqqət efir” verilişində ARB-də yaradıcılıq məsələləri üzrə müşavir vəzifəsini icra edən “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı deyib. O bildirib ki, tikilən bulaqlara şəhidlərimizin adı veriləcək.
Xoşqədəm Hidayətqızı Afrikanı seçməsi ilə əlaqədar vətəndaşlarda yaranan suallara da aydınlıq gətirib:
“Mənə sual verirlər ki, niyə burada yox, Afrikada? Bu, məni üzdü. Mənim üçün dünyanın hansı ölkəsinin olmasının fərqi yoxdur. Əgər onları o vəziyyətdə görürəmsə və onlara yardım edəcək mərhəmətli insanlar varsa, onlara əl tutmağın nəyi pisdir? Mən dünyaya tam fərqli baxıram”.
Aparıcı həmçinin Afrikadan uşaq övladlığa götürmək arzusunda olduğunu da bildirib:
“Afrikadan uşaq övladlığa götürməyimlə bağlı məsələ mətbuatda yanlış anlaşıldı. Hazır olmadığım hansısa işə girmərəm. Onsuz da uşaqlar orada əziyyət çəkir. Onu ailəsindən, vətənindən ayırıb, istədiyi vaxt və sevgini ayıra bilməyəcəyəmsə, bu addımı atmaram. Onlar acdır, susuzdur, amma anasının qucağındadır. Hesab edərdim ki, ən böyük xoşbəxtlik oradakı kimsəsiz uşaqlardan birinə sahib çıxmağım olar. Güc tapıb özümü hazırlayandan sonra böyük məmnuniyyətlə bunu edərəm. Mənim arzum böyük ailəmin olmasıdır”.
Xəbəri paylaş
4528 dəfə oxunub.
Digər xəbərlər

13-08-2016, 10:07
Azərbaycan yeni ikimərtəbəli qatarlar alacaq
19-11-2015, 15:00
Narkotik alverçisinə 10 il 6 ay həbs
24-04-2015, 12:32
“İŞİD”in rəhbəri Əbu Bəkr əl-Bağdadi Yaralandı...
10-09-2015, 16:41
Bir qram ilan zəhəri = 6 barel neft
20-10-2018, 11:17
Bakıda universitetdə qəribə qadağa: Diqqət! Diqqət! Universitetin binasına... - FOTO
13-11-2015, 17:08
ARAZın o tayın da aksiyalar davam edir Video
27-07-2018, 11:54
Bu gün XXI əsrin ən uzun "Qanlı Ay" tutulması olacaq
12-11-2018, 11:33
"Yuventus" "Milan"ı məğlub edib
10-12-2018, 14:31
Xoşbəxt nikahın sirri. Ər-arvad arasında yaş fərqi bu qədər olmalıdır
16-10-2019, 12:45
Bakı metrosunda gənc qıza bu şəxs təcavüz etdi - FOTO