Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bir qram ilan zəhəri = 6 barel neft
Tarix: 10-09-2015 | Saat: 16:41
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Bir qram ilan zəhəri = 6 barel neft





Ölkədə yenidən zəhər biznesi bərpa ediləcək. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun yaydığı məlumata görə, institutda gürzə, əqrəb, qurbağa, arı zəhərinin alınması yönündə işlərə başlanılır.

İnstitut Kür-Araz və Qobistan ərazilərində yaşayan gürzələrdən xammal kimi istifadə etməklə il ərzində 2 kq-a qədər zəhər əldə edib xaricə satışını təşkil etməyi düşünür. Həmçinin institut quru qurbağaların və əqrəblərin xüsusi iki növündən istifadə edərək çox qiymətli zəhər məhsulu əldə etmək istəyir.

Təbii heyvan zəhərindən gələn gəlirin dövlət büdcəsinə nə kimi faydası olacaq?
Vaxtilə SSRİ məkanında Azərbaycan ilan zəhəri istehsalına görə lider ölkə hesab edilirdi. Məlumata görə, dünya üzrə gürzə zəhərinin 70 %-i ölkəmizdə istehsal edilib. Təkcə Tallin zavoduna hər il 3 kq quru gürzə zəhəri göndərilirmiş.

Son məlumatlara görə, dünya bazarında bir qram ilan zəhərinin qiyməti təxminən 1000 dollardan yuxarıdır.

Xeberaz.az iqtisadçı ekspert Vüqar Bayramov bu barədə “Yeni Müsavat”a danışıb:
“Qeyd etdiyiniz kimi, bu sahə əvvəllər sovet dövründə inkişaf etmiş və ənənəyə malik olan sektorlardan idi. Azərbaycan həmin dövrdə həm daxili bazarı həm də bütün MDB ölkələrini ilan zəhəri ilə təmin edirdi. Çox təəssüf ki, sonralar bu təssərüfat dağıldı, ilan zəhərinə maraq xeyli azaldı.

Lakin bu sektor ənənəvi olduğu üçün onun bərpası mümkündür. Nəticədə ölkə daxilində və xaricdə müəyyən dərman preparatları üçün xammal əldə ediləcək. Xüsusən də son illər MDB ölkələrində ilan zəhərinə böyük ehtiyac var. Bu baxımdan bu sektor bərpa edilərsə dövlət büdcəsinə xeyli gəlir daxil olar. Ən əsası yeni iş yerləri yaranar, məşğuliyyət artar”.

Zəhərlərin müalicəvi əhəmiyyəti

Tibb elmləri doktoru, professor Adil Qeybulla ilan zəhərinin əhəmiyyəti barədə danışıb:
“Dünyada, o cümlədən ölkəmizdə ilan zəhəri strateji əhəmiyyətə malikdir. İlan sancması zamanı işlədilən zərdab ilan zəhərindən hazılanır. O cümlədən bir sıra dərman preparatlarında ilan zəhərindən istifadə edilir. Xüsusən insan orqanizmində baş verən duzlaşma və revmatizm kimi xəstəlilkərin müalicəsində əvəzedilməz effekt göstərir”.

Professor əqrəb, qurbağa, arı zəhəri barədə də məlumat verib:
“Həmin canlıların da zəhərindən istifadə edilir. Lakin Azərbaycanda bu cür zəhərlərdən istifadə o qədər də geniş yayılmayıb. Daha çox müəyyən dərman preparatların hazırlanmasında istifadə edilir”.

Qeyd edək ki, arı zəhəri barədə bir çoxları xəbərsizdirlər. Halbuki aparılan araşdırmalar zamanı məlum olub ki, arı zəhəri oynaq revmatizminin vəsinir xəstəliklərin, radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində böyük əhəmiyyətə malikdir.
Arı zəhəri apitoksin qan yaradıcı sistemlərə yaxşı təsir edərək hemoqlobinin miqdarını çoxaldır, qanın yaxıcılığını və laxtalanmasını azaldır, eritrositlərin çökmə reaksiyasını aşağı salır, ümumi və yerli leykositozu artırır. Həmçinin ürək əzələsinin işini nizamlayır, qan təzyiqini aşağı salır və maddələr mübadiləsini yaxşılaşdırır. Arı zəhəri bir çox sağalmayan yaraların müalicəsində işlədiir.

Təbabətdə arı zəhəri natural şəkildə bilavasitə arı sancması ilə və müxtəlif preparatlar şəklində istifadə edilir.


Xəbəri paylaş

9278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___